Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GELB 

    GELB İqnas Cey (14.10.1907, Tarnuv, Qalisiya, indiki Polşa – 22.12.1985, Çikaqo) – amerikan filoloqu, dilçi, tarixçi-şәrqşünas, Amerika Elm vә İncәsәnәt Akademiyasının üzvü (1968). 1925–29 illәrdә İtaliya un-tlәrindә (Florensiya, Roma) tәhsil almışdır. 1929 ildәn ABŞ-da yaşamışdır. Çikaqo un-tindә (1929 ildәn, 1947–65 illәrdә prof.) işlәmiş, 1956–67 illәrdә Miçiqan un-tinә prof. kimi dәvәt olunmuşdur. 1932–66 illәrdә Yaxın Şәrqә olan bәzi arxeoloji ekspedisiyalarda iştirak etmişdir.G. Assuriya filologiyasına, sami vә hett-Luviya dillәrinә, dilçilik komparativistikasına, yazı nәzәriyyәsi vә tarixinә (hәmçinin mixi yazı tarixinә), Mesopotamiyanın tarixinә dair әsәrlәrin müәllifidir. 1931–41 illәrdә sonradan Luviya heroqlif dili adlandırılan hett heroqlif yazısı vә dilinin deşifrlәnmәsini tәklif etmişdir. 1956 ildәn Çikaqoda çıxan “Assuriya dilinin lüğәti”nin (“Assyrian dictionary”) yaranmasında iştirakı olmuşdur. Bir çox şumer vә akkad mixi (yazılı) mәtnlәrinin elmi nәşrini hәyata keçirmişdir. Toplanan mәlumatlar әsasında Mesopotamiya iqtisadiyyatını, cәmiyyәtin sosial-sinfi quruluşunu, әhalinin etnik tәrkibini tәdqiq etmişdir. G.-in fikrincә, Mesopotamiyada cәmiyyәt 3 sinfә bölünürdü: azadlar, iri (dövlәt vә kilsә) tәsәrrüfatın әsas iş qüvvәsini tәşkil edәn asılı işçilәr vә әsasәn ev işlәrindә istifadә olunan azsaylı qullar. G. e.ә. 3-cü minillikdә Cәnubi Mesopotamiyada vә müasir Suriya әrazisindә Kiş mәdәniyyәti adlandırdığı sami mәdәni-dil birliyinin mövcudluğu haqqında fәrziyyә işlәyib hazırlamışdır. Yazı haqqında elmin әsasını qoymuş, onun ümumi nәzәriyyәsini hazırlamışdır (“Yazının tәdqiqi tәcrübәsi”, 1952). Yazının inkişafının әsas pillәlәri haqqında fәrziyyә irәli sürmüşdür: rәsm→yazıdan әvvәlki→şifahi-heca sistemi→heca sistemi→әlifba sistemi. G.-in fәrziyyәsinә görә, sonuncu pillә yunan yazısından başlayır, çünki saitlәr üçün işarәlәr yalnız orada meydana çıxmışdır. G.-in fikrincә, әlifbanın әvvәlki yaradıcıları hesab olunan finikiyalıların rolu heca – kvaziәlifba – yazı sistemi üçün işarәlәrin hazırlanması ilә tamamlanmışdır.

    G. Amerika dilçilik birliyinin, Amerika onomastik birliyinin (1963–64 illәrdә prezident), Amerika şәrqşünaslar birliyinin (1965–66 illәrdә prezident) üzvü olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN