GÉLDERLAND – Niderlandın ş.-indә әyalәt. Sah. 5 min km2. Əh. 1,9 mln. (2013). İnz. m. Arnem ş.-dir. Ərazisi әsasәn düzәnliklәrdәn (orta hünd. 20–30 m) ibarәtdir; q.-dә dünlәr, ş.-dә torf bataqlıqları üstünlük tәşkil edir. Maas vә Reyn çayları boyu dәniz sәviyyәsindәn aşağıda yerlәşmiş vә bәndlәrlә әhatәlәnmiş mәhsuldar torpaqlar yerlәşir. Çoxlu qurutma vә nәqliyyat kanalları var. K.t. (tәrәvәzçilik, taxılçılıq, bağçılıq, heyvandarlıq vә s.) inkişaf etmişdir. Metal emalı, yeyinti, kağız, toxuculuq, dәri, kimya, ağac emalı sәnayesi var. Arnem vә Neymegen ş.-lәri sәnaye mәrkәzlәridir.
G. ölkәnin aqrar-sәnaye әyalәtidir. Sәnaye vә ticarәt mәrkәzi Arnem ş.-dir. ÜDM-in hәcmi – 70789 mln. avrodur (119%, 2016); mәşğulluq – 76,6% (2017), işsizlik sәviyyәsi – 4,5%-dir (2017).
Kimya, toxuculuq, dәri, oduncaq, metal emalı, yeyinti sәnayesi vә k.t. inkişaf etmişdir. Sellüloz-kağız, qida mәhsulları (yağ-pendir, qәnnadı mәmulatları) istehsalı müәssisәlәri fәaliyyәt göstәrir. Əsasәn, dәnli, texniki, bağ bitkilәri vә tәrәvәz becәrilir. Maldarlıq (әtlik-südlük) geniş yayılmışdır. D.y. st. (Arnem ş.) vә aeroport (Vonsdrext ş.) var.