Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GELDERN 

    GELDERN (alm. Geldern, niderlandca Gelre) – indiki Niderland vә Almaniya әrazisindә yerlәşәn orta әsr qraflığı vә hersoqluğu. G. qraflığı 11 әsrdә Almaniyanın Nirs çayı boyunda, Gelre (alm. Geldern) ş.-ni әhatә edәn torpaqlarda meydana gәlmişdir. 1179 ildә G. qrafları Zütfen әrazisi üzәrindә varislik hüququ әldә etmişdilәr. G.-in genişlәndirilmәsi Utrext yepiskopluğunun torpaqları hesabına aparılmışdı. 12–13 әsrlәrdә G. qrafları öz mülklәrinә hәmçinin Neymegen ş.-ni vә ona bitişik әrazilәri, Rurmondu, Arnemi, Cәnubi Frislandiyanı vә bir sıra digәr әrazilәri birlәşdirmişdilәr. Limburq irsi uğrunda müharibә (1283–88) zamanı Brabant tәrәfindәn G.-in mәğlubiyyәtә uğradılması onun әrazi ekspansiyasına son qoymuşdu. 1339 ildә “G.-nin 4 hissәsi” – Neymegen, Zütfen qraflığı, Velüve vә Yuxarı G. hersoqluqda birlәşdirilmişdi. 1371 ilәdәk G.-i Vassenberq-Geldern sülalәsinin nüma- yәndәlәri, G. irsi uğrunda müharibәdәn (1371–79) sonra Yulix hersoqları (1423 ilәdәk vә 1538–43 illәrdә), hәmçinin Eqmontlar nәslinin nümayәndәlәri (1423–73, 1492–1538) idarә etmişdilәr. 1473–77 illәrdә G. İgid Karlın mülklәrinin tәrkibindә idi (bax Burqundiya hersoqluğu), daha sonra irsәn Burqundiyalı Mariyanın, ondan sonra isә oğlu Gözәl Filippin hakimiyyәtinә keçmişdi. 1543 ildә Habsburqların mülklәrinә birlәşdirilmişdi. Niderland inqilabı (16 әsr) dövründә Şimali vә ya Aşağı G. Utrext uniyasına (1579) qoşulmuş vә Gelderland әyalәti kimi Birlәşmiş Əyalәtlәr Resp.-na daxil edilmişdi. Cәnubi vә ya Yuxarı G. İspaniya Niderlandının tәrkibindә qalmışdı. 1713 ildә onun böyük hissәsi Prussiyaya, az hissәsi “generalitet torpağı” kimi Birlәşmiş әyalәtlәrә, Rurmond dairәsi isә Avstriya Niderlandının tәrkibinә keçmişdi. Vyana konqresinin (1814–15) qәrarı ilә Venlo, Rurmond vә G.-in Prussiya hissәsinin q. әrazilәri Niderland krallığına daxil edilmişdi (hal-hazırda Niderlandın Limburq әyalәtinin tәrkibindәdi).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN