Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GELEN 

    GELEN (Gehlen) Arnold (29.1.1904, Leypsiq – 30.1.1976, Hamburq) – alman filosofu vә sosioloqu, fәlsәfi antropologiyanın әsas nümayәndәlәrindәn biri. Leypsiq vә Kölndә fәlsәfә tәhsili almış, Leypsiq (1934 ildәn), Köniqsberq (1938) vә Vyana (1940 ildәn) un-tlәrinin prof.-u olmuşdur. 2-ci dünya müharibәsi illәrindә vermaxtın zabiti idi. Müharibәdәn sonrakı illәrdә Şpayerdә İdarәetmә elmlәri üzrә Ali mәktәbdә (1947 ildәn), Axenin Ali texniki mәktәbindә (1962–69) sosiologiya prof.-u kimi çalışmışdır. A.Şopenhauer, F.Nitsşe, hәyat fәlsәfәsi, E.Husserlin fenomenologiyası, N.Hartmanın tәnqidi ontologiyası vә b.-nın tәsirini hiss etmişdir.

    G. “İnsan. Onun tәbiәti vә dünyadakı yeri” (“Der Mensch. Seine Natur und seine Stellung in der Welt”) adlı әsas әsәrindә M.Şelerin vә X. Plesnerin ardınca gedәrәk, insanın xüsusi tәşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ.Q.Herder kimi “qeyri-kafi varlıq” (Mängelwesen) vә F.Nitsşe kimi “hәlә müәyyәnlәşmәmiş heyvan” adlandırırdı. Heyvanlardan fәrqli olaraq, insan bütöv halda instinktlәrdәn mәhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindәn kәnardır, doğulan andan tәbiәtlә harmoniya halında deyil, özünün “әtraf mühiti”nә uy ğunlaşmayıb, dünya üçün “açıq”dır.

    G. praqmatizmin tәsiri ilә özünüreallaşdırmanı yeganә üsul hesab edir vә insan vәhdәtini bu fәaliyyәt anlayışı vasitәsilә müәyyәnlәşdirir. İnsan fәaliyyәt göstәrәrәk ikinci tәbiәt olan mәdәniyyәti yaradır, belәliklә, özünü onun vasitәsilә reallaşdırır. Fәaliyyәt anlayışı G.-ә institutlar haqqında tәlimә keçmәyә imkan verdi (“İbtidai insan vә sonrakı mәdәniyyәt” – “Urmensch und Spätkultur”, 1956). G. fәaliyyәt motivinin öz obyektiv mәqsәdindәn ayrılmasını institutların yaranması üçün zәmin hesab edirdi. Arxaik institutlar (ailә, heyvandarlıq, әkinçilik vә s.) dünyanın sabitliyinә olan fundamental antropoloji tәlabatdan doğan dini-ritual, tәsviri fәaliyyәtin nәzәrdә tutulmayan nәticәsi kimi meydana gәlmişdir; ritual tәsviri onu “produktiv tәkrar” yolu ilә yaradır. İnstitutlar insanı izafi qәrarlar vermә yükündәn vә mövcudluğun tәhlükәlәrindәn xilas edir; şüur vә iradәsinin dәrinliklәrinә nüfuz edәrәrәk, instinktәbәnzәr fәaliyyәt göstәrmәk imkanı yaradır. G. bәşәr mәdәniyyәti tarixindә üç dövrü ayırırdı: ovçular, әkinçilәr vә müasir sәnaye mәdәniyyәti. M. Veber kimi o da immanent qanunlara getdikcә daha çox tabe olan institutların daim rasionallaşdığını göstәrirdi: arxaik dövrdә olduğu kimi, dünyanın ümumilәşmiş izahını vә davranışın normalaşmasını özündә birlәşdirәn instansiyalar artıq mövcud deyil. İnstitutların öz aralarında vә insanın әxlaqi hәyatı ilә qarşılıqlı razılaşma olmadığına görә hәr dәfә fәrdi rәy әsasında qәrar qәbul etmәk kimi ağır yükün altına girmәk lazım gәlir; G. müasir subyektivizmin kökünü bunda görürdü.

    G.-nin әxlaqın dörd ilkin mәnbәyini (“etoslar”) formulә etdiyi “plüralist etika”sı (“Əxlaq vә hiperәxlaq” – “Moral und Hypermoral”, 1969) mühafizәkar sosial tәnqiddә xüsusi yer tutur. Bu mәnbәlәr qarşılıqlılığa canatma, evdemonizm әxlaqına keçәn rifaha instinktiv canatma, “humanizm әxlaqı”nda ifadә olunmuş qardaşcasına sevgidәn ibarәt tayfa (klan) әxlaqı vә institusional etosdur. İnstitutların rasionallaşması prosesindә klan (humanist) әxlaqı siyasi institutların etosları ilә münaqişәyә daxil olur, lakin G. “humanizm әxlaqı” nöqteyi-nәzәrindәn institutların qeyri-konstruktiv tәnqidini rәdd edir. 1970- ci illәrdә G. AFR-dә neomühafizәkar ideologiyanın liderlәrindәn biri olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN