GELFÀND İzrail Moiseyeviç [20.8. (2.9).1913, Ukr.-nın Odessa vil., Oknı indiki Krasnı Oknı – 5.10.2009, ABŞ, Nyu-Cersi ştatı, Nyu-Bransuik) – rus riyaziyyatçısı, REA-nın akad.(1984). SSRİ Dövlәt mükafatı laureatı (1951,1953), Lenin mükafatı laureatı (1961). İsveç kral EA (1974), London Kral Cәmiyyәtinin (1977) әcnәbi üzvü. MDU-nun aspiranturasını bitirdikdәn sonra (1935) orada işlәmişdir (1940 ildәn prof.). 1953 ildәn REA M.V.Keldış ad. Tәtbiqi Riyaziyyat İn-tunda çalışmışdır. Əsas elmi işlәri kommutativ normalaşdırılmış halqalar nәzәriyyәsi, ümumilәşdirilmiş funksiyalar nәzәriyyәsi, inteqral hәndәsә sahәsinә aiddir. Biologiyada riyazi üsulları tәtbiq etmәklә mәşğul olmuşdur. Lenin or- deni ilә tәltif edilmişdir (1954, 1956, 1973).