GELİBOLU YARIMADASI, Q a l l i p o l u y a r ı m a d a s ı – Türkiyәnin Av- ropa hissәsindә y-a. Dardanel boğazı ilә Egey dәnizinin Saros körfәzi arasındadır. Uz. 90 km, eni 20 km-ә qәdәrdir. Paleogenin qumdaşı vә gillәrindәn ibarәtdir. Relyefi tәpәli düzәnlikdir (hünd. 374 m-ә- dәk). Bitki örtüyü Aralıq dәnizi tiplidir. Gelibolu dәniz portu var. 1973 ildә yaradılmış Gelibolu Yarımadası Milli Parkı (sah. 33 min ha) buradadır.
Gelibolu Yarımadası Tarixi Milli Parkı.
Antik dövrdә Frakiya Xersonesi (yun. Χερσoνησoς Θραικια) adı ilә tanınırdı. Burada e.ә. 6 әsrdә afinalılar tәrәfindәn salınmış eyniadlı şәhәr yerlәşirdi. Yarımadanın yunanca adı “Kallipol” (sonralar “Gelibolu”) ilk dәfә e.ә. 2 әsrdә Makedoniyanın son çarlarının dövründә meydana gәldi. Orta әsrlәrdә G.y. Venesiya vә Genuya tacirlәrinin anbarı olmaqla mühüm әhәmiyyәt kәsb edirdi. 1190 ildә Fridrix Barbarossanın rәhbәrliyi ilә sәlibçilәrin ordusu Kiçik Asiyaya buradan keçmişdi. 1204 ildә şәhәri venesiyalılar tutmuş, 1306 ildә kataloniyalılar buranı mühasirәyә alaraq işğal etmiş, viran qoymuşdular. 1352 ildә baş vermiş zәlzәlә nәticәsindә G.y.-nın qala istehkamları ciddi zәdәlәnmiş vә osmanlılar şәhәri әlә keçirmişdilәr. 1366 ildә Roma papası türklәrin üzәrinә sәlib yürüşü etmişdi. Hәmin ildә Savoyalı IV Amadeyin rәhbәrliyi ilә sәlibçilәr şәhәri almış vә Bizansa verәrәk Qәrbi Avropaya geri dönmüşdülәr. Lakin Bizansın G.y.-nı әldә saxlamaq üçün gücü çatmırdı. 1376 ildә IV Anronik yarımadanı osmanlılara qaytardı.
1864 ildә fransız mühәndislәri burada bir sıra istehkam qurmuşdular. 1877 ildә bu istehkamlar yenilәnmiş vә möhkәmlәdirilmişdi. Birinci dünya müharibәsi zamanı burada Dardanel әmәliyyatı (1915–16) (G e l i b o l u ә m ә l i y y a t ı) gedişindә türklәr Antanta qoşunları üzәrindә Çanaqqala zәfәri qazanmışdılar.
K.t., yeyinti, kimya sәnayesi inkişaf etmişdir. Ərazisinin 54%-ini meşә örtüyü, 33%-ini (330 337 min ha) әkin sahәlәri, 10%-ini dincә qoyulmuş torpaqlar, 3%-ini otlaqlar tutur. Suvarılan sahә 80 141 min ha-dır (45%), 72 390 min ha-nın suvarma vәsaitlәrini (90%) dövlәt ödәyir. Ölkә üzrә şaftalı 16%, qırmızı bibәr – 16%, çәltik – 11%, kanola – 8%, zeytun – 7,3%, pomidor – 5,7%, alma – 4,5% vә lobya istehsalının – 3%-i G.-nun payına düşür. Burada, hәmçinin şaftalı, müxtәlif növ alma vә üzüm (şәrab istehsalı üçün), yulaf becәrilir.
Balıqçılıq, üzümçülük geniş yayılmışdır. İdxal tәqr. 2,7 mlrd. dollar tәşkil edir (2011). Əsasәn, dәmir qırıntıları, oduncaq, keramika, daş kömür, buğda, qarğıdalı, mineral gübrәlәr, günәbaxan toxumu, balıq idxal olunur.
Bәrә nәql., Gelibolu dәniz portu var. Turizm (tarixi abidәlәr vә çimәrlik) әsas gәlir gәtirәn sahәlәrdәndir. (iqt.)