GELLAP (Gallup) Corc Horas (18.11.1901, Cefferson, Ayova ştatı – 26.7.1984, Çingel, İsveçrә) – ABŞ reklam, media bazarı vә qәzet tәdqiqatçısı, ictimai rәy sorğusu üzrә müasir texnologiyanın vә tәşkilatın yaradıcısı. Tәtbiqi psixologiya e.d. (1928). Ayova ştatı un-tindә (1919–25) tәhsil almış, eyni zamanda jurnalistika (1923 ildәn) vә ictimai rәyin öyrәnilmәsinә (1925 ildәn) dair mühazirәlәr oxumuşdur. Yerli mәtbuatın öyrәnilmәsi mәqsәdilә intervyuların alınmasında iştirak edәrәk şәxsi sorğu metodikasını işlәyib hazırlamışdır. 1932 ildәn akademik karyerasını yarımçıq qoymuş, “Young&Rubicam” agentliyindә reklam tәdqiqatı şöbәsinin rәhbәri vә vitse-prezidenti (1937–47) olmuşdur. 1932 ildә ilk dәfә Ayova ştatında seçicilәrin seçki prosesinә münasibәtini öyrәndikdәn sonra daimi fәaliyyәt göstәrәn tәdqiqat mәrkәzi açmışdır. 1935 ildә Prinstonda cari sosial-siyasi mәsәlәlәr üzrә ictimai rәyi öyrәnәn vә ölkәnin aparıcı KİV-ndә hәftәlik hesabatlar (press-relizlәr formasında) dәrc edәn ABŞ İctimai rәy in-tunu (1958 ildәn “Gallup Organization” vә ya G. İn-tu) yaratmışdır. E. Rouper vә A. Krosli ilә birlikdә respondentlәrin reprezentativ seçilmәsini sorğu praktikasına daxil etmişdir. Tәdqiqat kredosunu “Gallup poll” (1972) kitabında şәrh etmişdir.
1936 ildә G. in-tu F.D. Ruzveltin prezident seçkilәrindә uğur qazanacağını әvvәlcәdәn xәbәr verәrәk ümummilli sәviyyәdә tanınmışdır. Tәşkilat sorğu vә respondent seçimi texnologiyalarını daim tәkmillәşdirmiş, sorğu metodikası vә nәticәlәrini “Gallup Poll Monthly” jurnalında dәrc etmişdir. 2 mindәn çox әmәkdaşı olan G. in-tu dünya üzrә sorğular keçirir, 40 ofis vә internet vasitәsilә müştәrilәrә konsaltinq xidmәti göstәrir. 2006 ildә öz un-tini açmışdır. G. in-tu real seçki nәticәlәrinә uyğun gәlәn 17 elektoral prezident sorğusu keçirmişdir. İntun 1945–52 illәr üzrә hesabatları H.Trumen ad. kitabxanada, әn yeni sorğu mәlumatları http://www.gallup.com saytında, instrumentari vә mәlumat bazaları isә Rouper Mәrkәzindә (Roper Center for Public Opinion Research) saxlanılır.