GÉLLER Yefim Petroviç (8.3.1925, Odessa – 17.11.1998, Moskva) – Rusiya idmançısı (şahmat). Beynәlxalq qrossmeyster (1952), SSRİ әmәkdar idman ustası (1963), SSRİ әmәkdar mәşqçisi (1965). Dünyanın әn güclü şahmatçılarından biri; 30 il әrzindә (1952–82) dünya birinciliklәri yarışlarında, o cümlәdәn iddiaçıların üç turnirindә – Sürix (1953; 6– 7-ci yerlәr), Amsterdam (1956; 3–7-ci yerlәr), Kürasao a.-da (1962) iddiaçıların yarımfinal matçında B.V.Spasskla (1965; 2,5:5,5; 2–3-cü yerlәr) iştirak etmişdir. İri beynәlxalq turnirlәrin, o cümlәdәn Beverveyk (1965), Kislovodsk (1966 vә 1968), Budapeşt (1973), Moskva (1975), Las-Palmas (1976 vә 1980), Novi-Sad (1978), Bern (1987) şәhәrlәrindә keçirilәn yarışların qalibidir. 23 SSRİ çempionatının iştirakçısıdır (1949–85); 2 dәfә SSRİ çempionu (1955 vә 1979). SSRİ yığmasının heyәtindә 7 Ümumdünya Olimpiadasının (1952–80 illәrdә) vә 6 Avropa çempionatının (1961–83 illәrdә) qalibi, dünya yığmasının tәrkibindә “Əsrin matçı”nın (1970) iştirakçısı olmuşdur (S.Qliqoriçә 5-ci lövhәdә qalib gәlmişdir – 2,5:1,5). 2001 ildәn Odessada Yefim Geller Memorial turniri keçirilir.