Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GELLERUP 

    GELLERUP Karl Adolf (2.6.1857, Danimarka – 13.10.1919 Drezden, Almaniya) – Danimarka şairi, yazıçı vә dramaturq. Nobel mükafatı laureatı (1917). Bәzi әsәrlәrini “Epiqonos” tәxәllüsü ilә çap etdirmişdir. Keşiş ailәsindә doğulmuşdur. Kopenhagen Un-tinin ilahiyyat fakültәsini bitirmişdir (1878). İlk çap әsәri “İdealist” (1878) romanı olmuşdur. Avtobioqrafik sәciyyәli “Almanların tәlәbәsi” (1882) romanında G. öz timsalında dini inancla bağlı böhran yaşayan gәncin hәyatını tәsvir etmişdir. “Brunxid” mәnzum dramı (1884) vә “Tamir” (1886) poeması ona әdәbi şöhrәt qazandırmışdır. 19 әsrin  90-cı illәrindә G. yunan faciәsi әnәnәlәrindәn uzaqlaşaraq, mövcud reallıqlarа әsaslanan mövzulara müraciәt etmişdir. Mәhәbbәt vә sevgililәrin faciәsindәn bәhs edәn “German Bandel” (1891), “Vutorn” (1893), hökumәt mәmurlarının riyakarlığını ifşa edәn “Əlahәzrәt” (1895) povestlәri müәllifin uğurlu realist әsәrlәri sırasına daxildir. “Keşiş Mors” (1894), “Dәyirman” (1896), “Kamanitanın zәvvarlığı” (1906), “Əbәdi sәyyahlar” (1910) vә s. romanların müәllifidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN