GELLƏR (lat. gelo - donma) – maye dispers mühitdә bәrk hissәciklәrin әmәlә gәtirdiyi daxili fәza strukturuna malik dispers sistemlәr. Struktur torunun olması G.-ә bәrk cisimlәrә xas olan bir sıra xassәlәr (formanı saxlamaq qabiliyyәti, möhkәmlik, plastiklik, elastiklik) verir. Mәhlulda yüksәkmolekullu birlәşmәlәrin molekullarından әmәlә gәlәn G., әksәr halda hәlmәşiklәr adlanır. Kövrәk, mikromәsamәli bәrk cisimlәr olan azmayeli vә ya tam qurudulmuş G. kserogellәr, yaxud aerogellәr adlanır. G.-ә latekslәr, jelatin, torf, müxtәlif adsorbentlәr, katalizatorlar, yeyinti sәnayesinin әksәr mәhsulları, bir çox digәr tәbii vә ya süni mәnşәli törәmәlәr aiddir. Gelәmәlәgәlmә prosesinin mümkünlüyü vә intensivliyi dispers fazanın qatılığından, kolloid hissәciklәrin forma vә ölçüsündәn, temp-rundan, elektrolitin mәhlulda qatılığından vә s. amillәrdәn asılıdır. G.-in mühüm xassәsi onların zamana görә köhnәlmәsidir ki, bu da struktur deşiklәrindә immobilizә olunmuş mayenin çıxması ilә müşayiәt olunan struktur torunun öz-özünә sıxlaşmasıdır. Bu hadisә G.-in sinerezisi adlanır. Bәzәn polimerlәrin istehsalında әrimәyәn vә hәllolmayan polikondensasiya vә ya polimerlәşmә mәhsulları da G. adlandırılır.
G. müasir texnologiyalarda, xüsusilә optiki liflәrdә, optiki süzgәclәrdә әksolunmanın itkilәrini kompensasiya etmәk üçün, tikinti materialları, gigiyena vә kosmetik mәhsulların istehsalında, tibb vә әczaçılıqda, katalizatorların (gel-immobilizәlәnmiş katalitik sistemlәr) alınmasında vә digәr
sahәlәrdә geniş istifadә olunur.