GELMAN Xristofor İvanoviç [1848, Kurlyand qub. Doblen (indiki) Dobele Latviya – 1902] – rus mikrobioloqu vә epizootoloqu, baytarlıq elmlәri magistri (1879). Derpt Baytarlıq İn-tunu bitirmişdir (1872). Süvari alayının baytar hәkimi vәzifәsindә hәrbi xidmәtdә olmuşdur. 1886 ildә Peterburq ş.-indә Rusiyada ikinci sayılan quduzluğa qarşı peyvәnd st.-sı açmışdır. Dünyada qarayaraya qarşı ilk immun zәrdabı alanlardan biridir. R.Koxdan asılı olmayaraq tuberkulin almışdır. 1890 ildә O, Kalninqlә eyni vaxtda vә ondan asılı olmayaraq mallein (manqoya qarşı diaqnostik preparat) almış, onun tәtbiqinә dair tәcrübәlәr qoymuşdur.
Ə s ә r l ә r i: Предварителъное сообщение к прививке яда бешенства. Врач, 1886. 17 апреля, 16; Диагноз сапа посредством подкожным впрыскивания вытяжки из сапных бацилл. Вестник общественной ветеринарии, 1891, 5.
Əd.: С к о р о х о д о в Л.Я. Материалы по истории медицинской микробиологии в дореволюционной России. М., 1848, с. 204, 206.