Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEL-MAN 

    GEL-MAN (Gell-Mann) Marri (d.15.9.1929, Nyu-York – 24.5.1919, Nyu-Meksika şt. Santa-Fe) – amerikan fiziki, ABŞ Milli EA üzvü (1960), Nobel mükafatı laureatı (1969), London Kral Cәmiyyәtinin әcnәbi üzvü (1978). Yel Un-tini (1948) vә Massaçuset Texnologiya İn-tunu (1951) bitirmişdir. 1952–1955 illәrdә Çikaqo Un-tindә, 1955 ildәn Kaliforniya Texnologiya İn-tunda işlәmişdir (1956 ildәn prof.). Əsas elmi tәdqiqatları sahәnin kvant nәzәriyyәsinә, elementar zәrrәciklәr fizikasına vә nüvә fizikasına hәsr olunmuşdur. 1953 ildә qәribәlik” anlayışını elmә daxil etmiş vә onun saxlanma qanununu dürüst ifadә etmişdir (K.Nişicimadan asılı olmadan), izotopik spinin formalizmini işlәyib hazırlamışdır. Elementar zәrrәciklәrin sistematikasını tәklif etmiş vә siqma-sıfır-hiperonun, ksi-sıfır-hiperonun, omeqa-minus-hiperonun mövcudluğunu qabaqcadan söylәmişdir. 1953 ildә Amerika fiziki M.Qoldberq ilә birlikdә sәpilmә nәzәriyyәsini vә sahәnin kvant nәzәriyyәsindә dispersiya münasibәtlәri üsulunu, 1954 ildә renor-malizasiya qrup üsulunu (İsveçrә fiziklәri E.Ştükelberq vә A.Petermandan asılı olmadan Amerika fiziki F.Lou ilә birlikdә) inkişaf etdirmişdir. 1958 ildә R.F.Feynman ilә birlikdә (Amerika fiziklәri R.Marşak vә E.Sudarşandan asılı olmadan) zәif qarşılıqlı tәsir nәzәriyyәsini tәklif etmişdir. Adronların unitar simmetriya anlayışını (SU-3-simmetriyası, 1961, İsrail fiziki Y.Neemandan asılı olmadan), kvark anlayışını (C.Sveyqdәn asılı olmadan) elmә daxil etmiş vә adronların kvark modelini işlәyib hazırlamışdır. Kvant xromodinamikasının әsasını qoymuş, qlüonların mövcud olması ideyasını söylәmişdir (başqa alimlәrdәn asılı olmadan).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN