GELZENKİRXEN (Gelsenkirchen) – AFR-in q.-indә, Şimali Reyn-Vestfaliya torpağında şәhәr. Əh. 257,8 min (2013). Emşer çayı (Reyn çayının sağ qolu) sahilindәdir. Rur sәnaye r-nunun digәr şәhәrlәrilә birlikdә AFR-in әn böyük Aşağı Reyn-Rur polisentrik aqlomerasiyasına (әh. tәqr. 11 mln.) daxildir. Mühüm nәql. qovşağı. G.-dәn ş.-dәn q.-ә Dortmund–Boxum–Essen–Dyusburq avtostradası vә d.y. magistralı; şm.-dan c.-a Münster–Köln avtostradası vә Münster–Dyüsseldorf d.y. xәtti keçir. Reyn–Herne kanalında port.
Gelzenkirxen şәhәrindәn görünüş.
İlk dәfә 1150 ildә qeyd olunur. 19 әsrdә şәhәrin sürәtli inkişafı Rur daş kömür hövzәsinin işlәnmәsi ilә әlaqәdar idi. 19 әsrin sonlarında G. ş.-ndә әsası qoyulmuş Gelzenkirxen Mәdәn Şirkәti 20 әsrin әvvәllәrindә Almaniyanın kömür sәnayesinin әn böyük müәssisәsinә çevrilmişdi. İkinci dünya müharibәsi illәrindә şәhәrdәki binaların vә tikililәrin 1/4 hissәsindәn çoxu dağıdılmışdı. 20 әsrin ikinci yarısında kömür vә metallurgiya sәnayelәri böhran keçirirdi. 1950-ci illәrdә G.-dә 60-dan çox kömür şaxtası, çox sayda ağır sәnaye müәssisәsi fәaliyyәt göstәrirdi. 1980-ci illәrin әvvәlindә bütün şaxtalar, 20 әsrin sonunda isә metallurgiya z-du bağlandı; G. işsizlik sәviyyәsi vә әhalinin azalması tempinә görә ön yerlәrdәn birini tuturdu.
“Elm parkı” (bina 1995; memar U.Kissler; energetika, informasiya vә kommunikasiya texnologiyaları vә s. sahәlәrdә tәdqiqatlar; Şimali Reyn-Vestfaliya torpaqlarının әmәk vә texnika in-tu), Şәhәr muzeyi (1984; şәkil qalereyası da daxildir). “İmRevir” musiqili teatrı (1959; opera, operetta, balet) vә s. Rur zooparkı fәaliyyәt göstәrir. “Şalke-04” futbol klubu futbol üzrә dünya çempionatı matçlarının keçirildiyi (2006) “Feltins-Arena” stadionunda (60 mindәn yuxarı tamaşaçı tutumu) çıxış edir.
21 әsrin әvvәllәrindәn G. Rur industriya (sәnaye) r-nunun aparıcı sәnaye mәrkәzlәrindәn biri, neft emalının әn iri mәrkәzi vә neft – kimya sәnayesinin aparıcı mәrkәzidir. Şәhәrin әsas müәssisәsi “VEBA” firmasının (plastik kütlә vә müxtәlif növlü üzvi vә qeyri-üzvi kimyәvi maddәlәrin, hәmçinin kimya z.-du üçün Vilgemshafen-G.-Köln neft borusu vasitәsilә daxil olan idxal neft әsasında yarımmәhsulların istehsalı; metanol istehsalı üzrә Avropada ilk sıralardadı) kombinatıdır. Qara vә әlvan metallurgiyanın ixtisaslaşdırılmış kiçik z-dları fәaliyyәt göstәrir. Maşınqayırmanın әsas mәhsulları ağır sәnaye sahәlәri üçün texnoloji avadanlıqlar, avtomobil hissәlәri vә aqreqatlarıdır; 20 әsrin sonlarından radielektronika mәhsullarının istehsalı inkişaf etmişdir. Toxuculuq (әsasәn üst geyim), şüşә-keramika, metal emalı sәnayesinin müәssisәlәri fәaliyyәt göstәrir; pivә istehsal olunur.