Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GÉMMA 

    GÉMMA (lat. düymә, qiymәtli daş, mirvari dәnәsi) – qliptika әsәri; oyma vә ya qabarıq tәsvirli yarımqiymәtli daş. Hәlә e.ә. 4-cü minillikdә hәmail kimi istifadә olunan oymasız daşlar G.-nın әn qәdim nümunәsidir. Mineral üzәrindә oyma, naxış sәnәtkarlığı antik dövrdә (e.ә. 6 әsr – b.e. 4 әsri) әn yüksәk zirvәyә çatmışdır. Çoxüzlü, silindrik, skarabey formalı G.-lar bilәk, sinә vә belә taxılırdı; çox halda imzanı әvәz edәn möhür kimi istifadә olunurdu. Tәqr. b.e.ә. 3 әsrdә metal üzüklәri G. ilә bәzәyirdilәr. Möhürün şәklini әks etdirәn dәrin oymalı G.-lar intaliya adlanır (hünd. 2 sm-dәn az). E.ә 4 әsrin sonlarından çoxqatlı, polixrom minerallardan istifadә olunan qabarıq G. kameya meydana gәldi (hünd. 30 sm-dәk; “Fransanın böyük kameyası”, b.e. 20-ci illәri, Milli kitabxana, Paris).

    Azәrbaycanda – Mingәçevir, Şamaxı, Qәbәlә vә s. yerlәrdәn tapılmış gemmalar (möhürlәr) e.ә. 5 – eramızın 7 әsrlәrindә ölkәdә bu sәnәtin geniş yayıldığını göstәrir. Buradakı rәsmlәrdә insan surәti, dini mәrasimlәr, fantastik varlıqlar, zoomorf vә nәbatat alәmi tәsvir olunurdu. Milli Azәrbaycan Tarixi Muzeyinin fondunda 40-dan artıq antik vә Sasanilәr (3–7 әsrlәr) dövrünә aid gemmalar qorunur. Bu materiallar sırasında Azәrb. әrazisindә hәm arxeoloji qazıntılar, hәm dә tәsadüfi axtarış nәticәsindә tapılmış rәngli daşlardan (әqiq, xalsedon, oniks, yәşәm vә s.) oyulmuş gemmalar xüsusilә önәmlidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN