GEN (yun. γένος – cins, mәnşә) – irsi faktor; funksional cәhәtdәn bölünmәz genetik material vahidi. Zülal molekulunun nәqliyyat, ribosom, yaxud hәr hansı başqa RNT-nin ilkin strukturunu kodlaşdıran DNT (bәzi viruslarda RNT) molekulunun bir hissәsi. Adi halda işlәdildikdә G. nәsildәnnәslә ötürülәn vә әcdadlarla nәsillәr arasında oxşarlıq xüsusiyyәtlәrini müәyyәnlәşdirәn hәr cür әlamәtdir. “G.” termini 1909 ildә V.İohansen tәrәfindәn orqanizmlәrin xassәlәrini müәyyәn edәn bir-birindәn ayrıla bilәn vә buna görә dә müstәqil olan vahidlәri vә ya elementlәri adlandırmaq mәqsәdilә tәklif edilmişdir. Belәliklә, G. anlayışı Q.Mendelin irsi amillәr, yaxud әlamәtlәr anlayışına aid olunur (1865). T.Morqan tәrәfindәn 1920 illәrdә әsaslandırılmış irsiyyәtin xromosom nәzәriyyәsinә uyğun olaraq G. xromosomlarda xәtti ardıcıllıqla düzülür. Hәr G. özünün allel adlanan variantlarının biri ilә tәmsil olunur. Morqan G.-i mutasiya vahidi (mutasiya zamanı G. bölünmәdәn, vahid tam şәklindә bir allel vәziyyәtindәn digәrinә keçir), rekombinasiya, yaxud krossinqover vahidi (rekombinasiya G. daxilindә deyil, G.-lәr arasında baş verir), funksiya vahidi (allelizmә görә funksional test әsasında müәyyәn olunan vahid, sonralar bölünmәz funksiyaya nәzarәt edir) hesab edirdi. Sonuncu iki müxtәlif valideynin mutasiyasını çarpazlaşdırma yolu ilә birlәşdirәn vә hibridin genotipini tәdqiq edәn formal-genetik prosedurdur. Hibridin mutant fenotipi zamanı mutasiyalar eyni funksional vahidә (bir G.-ә), normal fenotip zamanı müxtәlif funksional vahidlәrә (müxtәlif G.-ә) aid edilir. Morqanın 1920 illәrdә` tәklif etdiyi bu allelizm meyarı indi dә genetik tәdqiqatlarda istifadә olunur.
G. haqqında olan tәsәvvürlәr genetikanın durum vә inkişafını onun bütün tarixi mәrhәlәlәrindә әks etdirir. Drozofil milçәklәrindә induksiyalanmış mutagenezin kәşfi (Q. Möller, 1927) çoxlu miqdarda mutasiya alınmasına vә xromosomları bu mutasiya- larla daha çox doyurmağa imkan verdi, bu da hibridoloji analizin hәlledici qabiliyyәtini artırdı. Müәyyәn edildi ki, bir G.-dә olan allel mutasiyaları öz aralarında rekombinasiya qabiliyyәtinә malikdir; demәli G., hissәlәri müstәqil mutasiya edә bilәn vә bir-birindәn krossinqoverlә ayrılan mürәkkәb strukturlu funksional vahiddir. 1930 illәrdә Rusiyada G.-in mürәkkәb strukturu haqqında A.S.Serebrovski mәktәbinin ilkin mәlumatları 1940–50 illәrdә dünyanın başqa laboratoriyalarında da tәsdiqlәndi.
Xromosom nәzәriyyәsi daxilindә G. anlayışlarında әmәlә gәlәn böhran öz hәllini molekulyar genetika çәrçivәsindә tapdı. Bu istiqamәtin inkişafına ilk impuls verәn N.V.Timofeyev–Resovski, alman biofiziki K.Simmer vә M.Delbryukun birgә işi (1935) oldu. Onlar ionlaşdırıcı şüalanma ilә induksiyalanmış drozofildә mutasiya prosesinin tәdqiqi әsasında belә qәnaәtә gәldilәr ki, G. mutasiya nәticәsindә yeni allel vәziyyәtә keçәn makromolekuldur. 1943 ildә C.Bidl vә E.Teytem “bir G.–bir ferment” prinsipini qısa vә dürüst şәkildә ifadә etdilәr, bu prinsip G. strukturunu onların nәzarәt etdiyi ferment-zülallarla әlaqәlәndirir. DNT-nin genetik informasiyanın universal daşıyıcısı kimi identifikasiyası (amerikan alimlәri O.Eyveri, K.Mak Leod vә M.Makkarti 1944), DNT strukturunun aydınlaşdırılması (C.Uotson vә F.Krik, 1953), hәmçinin G.-in incә strukturunun dәqiq tәdqiqi (C.Benzer, 1961) G.-ә zülalın ilkin strukturunu kodlaşdıran DNT molekulunun bir hissәsi kimi baxmağa imkan verdi. Matrisa (mәlumat) RNT-nin kәşfi, zülal sintezi mexanizminin aydınlaşdırıması vә genetik kodun açılması (1961–65) G. nәzәriyyәsinin gәlәcәk inkişafına sәbәb oldu. Genetik informasiyanın G.-dәn әlamәtә doğru realizasiyası yolunu müәyyәn edәn DNT–RNT–zülal paradiqması belә formalaşdı. G. strukturu anlayışı DNT nukleotidlәrinin fasilәsiz kodlaşdırıcı ardıcıllığı kimi bütün canlı varlıqlar üçün universal hesab edildi.
Sonralar bu yalnız eubakteriyalara uyğun gәldi. 1977 ildә F. Şarp vә R. Roberts göstәrdilәr ki, eukariotlarda vә onların viruslarında, hәmçinin arxibakteriyalarda G. polipeptıd zәncirin strukturu. kodlaşan (ekzonlar) vә kodlaşmayan (intronlar) sahәlәrdәn ibarәtdir. Pro- vә eukariot genomunun tәşkilindәki sәciyyәvi fәrqlәr hәmçinin onda özünü göstәrir ki, eukariotlarda G., adәtәn, müstәqil tәnzimlәnәn transkripsiya vahididir, prokariotlarda isә G. çox vaxt operonlarda birlәşir. G.-in funksional tәşkilinin universallığı fikri viruslarda üst-üstә düşәn genlәrin kәşfi ilә, hәmçinin genetik kodun bәzi kodonlarının müxtәlif orqanizmlәrdә vә hәtta eukariotların eyni hüceyrә nüvәlәrindә vә mitoxondrilәrindә müxtәlif әhәmiyyәt kәsb etmәsi faktına görә şübhәli oldu. Xromosomlarda G.-lәrin xәtti düzülüşünün sabitliyi barәdә olan sarsılmaz anlayışlar da tәftişә mәruz qaldı. Bir çox orqanizmlәrdә genom üzrә yerdәyişmәyә vә G.-lәri bir yerdәn digәrinә daşımağa qabil olan mobil genetik elementlәr aşkar edildi (1950). Bundan başqa immunoqlobulinlәrin sintezinә genetik nәzarәti tәdqiq edәn vә yaşlı sicanlarda DNT sahәlәrinin fasilәsiz ardıcıllıqlar şәklindә yerlәşdiyini müәyyәnlәşdirәn S.Toneqava 1970 illәrin sonunda göstәrdi ki, bu sahәlәr onların rüşeymlәrindә vә cinsiyyәt hüceyrәlәrindә ayrılmış vә immunoqlobulinlәrin әmәlә gәlmәsi onlardakı genlәrin daşınması vә quraşdırılması ilә bağlıdır. Bu müddәaya әsasәn ontogenezin gedişindә G.-in dәyişkәnliyi mәlum oldu. Orqanizmlәrin әksәriyyәtinin genomlarında elә nukleotid ardıcıllıqları tapılmışdır ki, onlar sanki heç bir şey kodlaşdırmır, bәzi orqanizmlәrdә, mәs., taxıllarda bunlar DNT-nin 90%-dә çoxunu tәşkil edir. Eukariotlarda genetik informasiyanın ekspessiyasının tәnzimlәnmәsindә iştirak edәn kiçik RNT molekullarını (20-yәdәk nukleotid) kodlaşdıran G,-lәr böyük diqqәt cәlb edir.
G. nәzәriyyәsinin işlәnmәsindә aksentlәrin molekulyar sәviyyәyә doğru yerdәyişmәsi vә genomikanın meydana gәlmәsi klassik genetika ilә yalnız dolayısı yolla bağlı yeni anlayış vә terminlәr yaratdı; nukleotid ardıcıllığı, genetik informasiyanın oxunmasının açıq çәrçivәsi, konsensuslar, genomun tәnzimlәyici, miqrasiyaedici, telomer, avtonom–replikasiyaedici vә b. elementlәri. “Molekulyar” vә klassik genetika anlayışlarını bir-biri ilә birbaşa uyğunlaşdırmaq cәhdlәri çox vaxt uğursuz olur. Buna görә “G.” anlayışı ilә birlikdә irsiyyәtin funksional vahidi kimi getdikcә daha çox genomun zәruri hissәsini tәşkil edәn “genetik elementlәr” terminindәn istifadә edilir, lakin standart genetik prosedurlara vә genin tәrifinin klssik meyarlarına әsasәn indentifıkasiya edilә bilmir.