Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENDEMİAN SÜLHÜ

    GENDEMİAN SÜLHÜ (1873) - 1873­-1917 illərdə Rusiya imperiyası ilə Xivə xanlığı arasında münasibətləri nizamlayan müqavilə. Avqustun 24-də Gendemian bağında (Xivə ş. yaxınlığında) Xivə xanı II Məhəmməd Rəhim və Türküstan gen.-qubernatoru K.P.Kaufman arasında imzalanmışdır. 1873 ilin yazında xanlığın rus qoşunları tərəfindən işğalı G.s.-nün imzalanmasına şərait yaratmışdı (bax Xivə yürüşləri). G.s. Rusiyanın təqdim etdiyi şərtlər Xivə xanı tərəfindən dəyişikliksiz qəbul olunmuşdu. Sənəd Xivə xanını Rusiya imperatorunın vassalına çevirir, onun digər dövlətlərlə müstəqil əlaqələr qurmasını qadağan edirdi. Eyni zamanda Xivə xanlığının Amudəryanın sağ sahilindəki əraziləri Rusiyanın və Buxara xanlığının tərkibinə keçdi. Rusiya imperiyası Amudərya çayında müstəsna gəmiçilik hüquqları əldə etdi, Xivə xanlığı Rusiya hökumətinin və təbəələrinin tələbi ilə Amudəryanın sol sahilində körpü salınması, faktoriya və anbar tikintisi üçün ərazi ayırmalı idi. Xivə xanlığı eksterritoriallıq hüququ alan Rusiya təbəələrinin rüsumsuz və tranzit ticarəti üçün açıq elan olundu. G.s. Xivə xanlığında quldarlığın və qul ticarətinin ləğvini, qul- ların azad edilməsini nəzərdə tuturdu. Xanlıq 1893 ilədək 2,2 mln. rubl məbləğində təzminat ödəməli idi. Rusiya imperiyasının tərkibinə keçmiş ərazilərdə Türküstan gen.- qubernatorluğunun Sırdərya vil.-nə daxil olan Amudərya şöbəsi yaradıldı. Bu şöbənin rəisi Xivə xanının fəaliyyətinə nəzarət etməklə yanaşı, Rusiya hökuməti ilə Xivə xanı arasında vasitəçi kimi çıxış edirdi. G.s. nəticəsində Rusiya Xivə xanlığında siyasi sabitliyi saxlamağa məcbur oldu. Oktyabr çevrilişindən (1917) sonra XKS tərəfindən Xivə xanlığının müstəqilliyinin tanınması ilə G.s.-nün maddələrindən çoxu qüvvədən düşdü.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN