Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENDER

    GENDER (ing. gender - cins, lat. genus - doğulma, cins, nəsil) - cinslər arasında bioloji xarakteristikalardan fərqlənən sosial və mədəni münasibətlər. “G.” termini ilk olaraq ingilisdilli linqvistikada qrammatik cinsi bildirmək üçün istifadə edilmiş, 1960- cı illərin sonu - 1970-ci illərin əvvəllərində feminizmin təsiri ilə sosial elmlərə də yayılmışdır. “Sosial cins” ideyası əvvəllər də (xüsusilə Z.Freyd, M.Mid və S. de Bovuarın əsərlərində, struktur-funksional sosiologiyada) səsləndirilmiş, termin kimi isə ilk dəfə ABŞ psixiatrı və psixoanalitiki R.Stollerin “Cins və gender” (“Sex and gender”, 1968) kitabında təsbit olunmuşdur. Bu anlayışın nəzəri cəhətdən əsaslandırılmasına ilk cəhd edənlərdən biri də ingilis qadın tədqiqatçısı E.Oukli (“Sex, gender and society”, 1972) idi.

    Qrammatik cins anlayışının insan münasibətlərinə köçürülməsi müxtəlif mədə- niyyətlərdə cinslər arasındakı anatomik fərqlərə müxtəlif sosial xarakteristikaların verilə bilməsini vurğulamaq mənası daşıyırdı. Sosial xarakteristikalar da qrammatik cins kimi şərti və normativdir. G. oğlan və qızların sosiallaşma modellərini, davranış nümunələrini (kişilik/qadınlıq, mədəni cəhətdən şərtlənmiş seksual davranış ssenariləri), təşkilatlarda kişi və qadınların mövqeləri arasında fərqləri (fəaliyyətin “kişi” və “qadın” növlərinə bölünməsi, idaəetmə iyerarxiyasında kişi və qadınların müxtəlif yerlərə malik olması), həmçinin sosial institutlarda (dövlət idarəçiliyi, nikah, təhsil, KİV və s.) cinsi əlamətə görə qeyri-bərabərliyin formalaşmasını və daim təkrarlanmasını ifadə edir.

    G. kateqoriyası tarix, ədəbiyyatşünaslıq, politologiya, psixologiya, sosiologiya, fəlsəfə, iqtisadiyyat, sosial antropologiya, kriminologiyanın analitik aparatına daxil olmaqla bu fənlərin tədqiqat perspektivlərini genişləndirmişdir (bax Gender antro- pologiyası, Gender tarixi, Gender linqvistikası, Genderpsixologiyası və Gender sosiologiyası). G. kateqoriyası cinslər arasındakı münasibətlərin təbiiliyini və buna görə də dəyişməzliyini şübhə altına almaqla bərabər, həm də sosial qarşılıqlı fəaliyyət prosesində G. münasibətlərinin formalaşması, onların tarixən dəyişməsi və cəmiyyətin qurulmasındakı rolu haqqında məsələləri də aktuallaşdırmışdır.

    G. tədqiqatlarının predmeti daim dəyişir. G. münasibətləri makrosəviyyədə - sosial institutlar (iqtisadiyyat, siyasət, təhsil, din, səhiyyə, elm, mədəniyyət) səviyyəsində öyrənilməklə yanaşı, şəxsiyyətlərarası qarşılıqlı fəaliyyət səviyyəsində də tədqiq olunur. G. fərqinin izahı da dəyişir. Əvvəllər o, yalnız kişilər və qadınlar arasındakı fərqlərə aid edilir və əsas təhlil obyekti qadınlar olurdu. Hazırda fərqlər haqqında təsəvvürlər digər sosial kateqoriyaların (irq, millət, sinif, yaş, din, seksuallıq) köməyilə diferensiasiya olunan bu iki G. qrupunun daxilinə də şamil edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN