Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENDER ANTROPOLOGİYASI

    GENDER ANTROPOLOGİYASI - sosial-mədəni antropologiya sahəsinə aid elmi cərəyan. Etnik və sosial qrupların mədəni praktikalarının təhlili zamanı “sosial cins” kateqoriyasından istifadə edir (bax Gender). G.a. üzrə ilk kursları (o zaman “qadın antropologiyası” adlanırdı) 1971 ildə Stanford un-tində (ABŞ) M.Rozaldo və C.Kollie aparmışlar. 1970-ci illərdən bu günədək G.a. üzrə tədqiqatların ən iri mərkəzləri ABŞ-ın Kembric (Massaçusets ştatı), Nyu-York və Ann-Arbore (Miçiqan ştatı) un-tləridir. O dövrün fe­minist təmayüllü G.a. cərəyanı cinslər arasındakı münasibətlərin təkrar yaranma texnologiyalarının əksər dünya mədəniyyətlərinin androsentrik əsasını təşkil edən hökmranlıq və tabeçilik münasibətləri kimi öyrənilməsini müəyyənləşdirdi. 1970-ci illərdə “qadın antropologiyası” əsasında işlənib hazırlanmış nəzəri yanaşmalar yenidən dəyərləndirildi. Bu dəfə diqqət “nor­ma” qismində ağdərili qadınların təcrübəsinin öyrənilməsindən qeyri-avropalı qadın maraqlarının konseptualizasiyasına yönəldi. 1980-90-cı illərdə “qara” və “rəngli” feministlər G.a.-nda özünəməxsus postmüstəmləkə cərəyanı yaratdılar. Cərəyan “şərq qadını”nın ənənə qurbanı olan hüquqsuz, passiv insan imicini ifşa etməyə çalışır, tədqiqat üçün yeni prioritet məsələlər qaldırır, antropoloqu mənsub olduğu mədəniyyətdəki stereotipləri və hakimiyyət münasibətlərini öyrənməyə vadar edirdi. Ənənəvi antropologiyadan fərqli olaraq, G.a. elmi obyektivliyə can atmır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN