Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENDER DİLÇİLİYİ

    GENDER DİLÇİLİYİ - dildə və nitqdə cinslərarası mədəni və ictimai fərqlərin yaranması prosesinin necə təzahür etdiyini, həmçinin bu prosesin nəticəsini öyrənən elmi istiqamət. Gender aspektində tədqiqatlar praktik olaraq, bir sistem kimi dilin bütün sahələrini əhatə edir. Ən ümumi planda G.d. 2 qrup hadisəni öyrənir.

    1. G.d. dildə cinsiyyət dixotomiyasını, onun linqvistik mexanizmini təsvir və izah edir. Dildə dünyanın kişi mənzərəsinin üstünlüyünü təsdiq edən gender bərabərsizliyi aşkar olunmuşdur ki, bu da bütün insanların yox, daha çox kişi cinsinin dilinin yönümünü müəyyən etməyə imkan verir.
    2. G.d. genderi nitq və digər ünsiyyət vasitələrinin köməyilə qurur. Kişi və qadın nitqindəki fərqlərin ehtimali xarakteri, həmçinin onların ünsiyyət şəraitindən, ünsiyyətin növündən, təhsil dərəcəsindən, sənətindən və s. ünsiyyət parametrlərindən asılıdır.

    G.d. bir neçə istiqamətdə inkişaf edir: sosio- və psixo-linqvistik, linqvokulturoloji tədqiqatlar; mədəniyyətlərarası əlaqənin öyrənilməsi (müxtəlif mədəniyyətlərin nümayəndələrinin ünsiyyəti), identik diaqnostika. G.d.-nin yaranması və intensiv inkişafı 20 əsrin son onilliklərində postmodernist fəlsəfənin yayılması və daha əvvəl yalnız bioloji cəhətdən nəzərdən keçirilən etnik, yaş, cins kateqoriyalarının öyrənilməsinin elmi prinsiplərinin yenidən gözdən keçirilməsi ilə əlaqədar baş vermişdir.

    G.d.-nin yaranmasında 1960-cı illərin sonları - 1970-ci illərin əvvəllərində ya- ranan, ABŞ və Almaniyada geniş vüsət almış və dilçilikdə dilin feminist tənqidi kimi ifadə olunan, dildə gender bərabərsizliyinə əsaslanan və onların aradan qaldırılmasına yönəlmiş sosiolinqvistika və feminist icma hərəkatı mühüm rol oynamışdır. Bu, bir sıra ölkədə (ABŞ, Almaniya və s.) rəsmi dilin islahına gətirib çıxarmışdır.

    Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar müxtəlif dil və mədəniyyətlərdə androsentrizmin qeyri-bərabərliyi və gen­der sözünün ifadəliliyinin müxtəlif dərəcəsini əks etdirir. Genderin təsvirinin koqnitiv-praqmatik və stilistik modeli təklif olunmuş və dildə gender assimetrikliyinin növləri müəyyənləşdirilmişdir. Ünsiyyətin gender problemi hələ də öyrənilmə mərhələsindədir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN