Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENDER SOSİOLOGİYASI

    GENDER SOSİOLOGİYASI - qrup da-xilində insanlar arasındakı münasibətlərin onların müəyyən cinsə mənsubluğu ilə bağlılığını öyrənən sosiologiya bölməsi. Cins bu zaman insanın bioloji səciyyəsi kimi deyil, müxtəlif inkişaf mərhələləri və müxtəlif mədəniyyətlərdə cinslərə aid edilən (bax Gender) sosial əlamətlərin məcmusu kimi anlaşılır. G.s.-nın prinsipial nəzəri mühakiməsi ondan ibarətdir ki, gender münasibətləri güc və iyerarxiyaya əsaslanan sistem, yaxud nizam yaradır. G.s.-nın predmeti gender qrupları, yaxud genderlər adlandırılan müxtəlif cinslərin sosial rollarının fərqi, bu rolların məqsədi və əhəmiyyətindən ibarətdir.

    G.s. 1970-ci illərdə B.Britaniyada, ABŞ-da, sonralar isə digər Qərb ölkələrində formalaşmağa başlamışdır. G.s.-nın inkişafının sosial zəmini qadın hərəkatının - feminizmin ikinci dalğasının vüsəti idi. Bu baxımdan G.s. gender tədqiqatlarının digər sahələri ilə yanaşı, hüquq və şərait bərabərliyi uğrunda qadın hərəkatının koqnitiv (idraki) təcrübəsidir. Buna görə də, G.s.-nın ilk təhlil predmeti qismində qadınlar çıxış etmişlər.

    G.s. və gender araşdırmalarının ilkin nəzəri terminləri ümumilikdə patriarxat anlayışı, ümumi və xüsusi bölgü, cinsi rol anlayışları idi. Ənənəvi cəmiyyətdə patriarxat - qadın, uşaq və digər ev adamları üzərində ailə başçısının geniş hakimiyyətidir. Müasir nuklear ailənin başçısı ictimai mühitdə yaşayır və xarici mühitlə onun əlaqəsini təmin edir, yəni qazanan və dolandıran rolunu oynayır. Bu sistemdə qadının rolu yardımçı səlahiyyətində məhdudlaşdırılır. O öz üzərinə qayğı, emosional dəstək və iş qüvvəsinin təkrar istehsalı funksiyalarını götürür. G.s.-nın birinci tarixi formasında, 1940-50-ci illərdə amerikan struktur funksionalizmində (T.Parsons, R.Beyls) cinsi rolların bu cür bölgüsünə sosial nizamın zəruri şərti kimi baxılırdı. 1950-60-cı illərdə M.Koma­rovski (ABŞ) və V.Kleynin (B.Britaniya) əsərlərində bu nəzəri mühakimə sistemli şəkildə tənqid edildi. Onlar (həmçinin 1970-80-ci illərdə onların həmfikirləri - ingilis tədqiqatçılar S.Uayz, X.Veynreyh, L.Stenli və b.) göstərirdilər ki, bu mühakimədə cinsi rolların dəyişməsinin mümkünlüyü, təyin edilən və real həyata keçirilən, həmçinin eyni zamanda icra edilən rolların arasındakı konfliktlər nəzərdə tutulmur. Bu funksionalist modelin çatışmazlıqlarının təhlili konfliktin analitik nəzəriyyəsinin gender variantının işlənməsiylə nəticələndi.

    Qadınların sosial mövqeyinin yardımçı sahə ilə məhdudlaşdırılmasının tənqidi stratifikasiyanın ənənəvi konsepsiyasına yenidən baxılmasına səbəb oldu. Kapitalist istismarının marksist modelinə əsaslanaraq, gender sosioloqları qeyd edirdilər ki, qadınlar iş qüvvəsinin təkrar istehsalında iştirak edirlər, ancaq onların əməyinin qar şılığı ailə və qeyri-formal iqtisadiyyatda ödənilmir. Ona görə də, onlar sosial görünməzlər sinfi hesab edilirlər: onların sosial statusu atanın, ərin, yaxud ailədə olan böyük kişinin statusu ilə təyin olunur [K.Delfi (Fransa), H.Hartman (ABŞ), S.Uolbinin (B.Britaniya) əsərləri].

    İctimai mühitdə qadın məşğuliyyətinin yüksək səviyyəsinə və texniki istehsal avadanlıqlarının artmasına baxmayaraq, cinsi rolların ənənəvi konsepsiyası peşələrin gender seqreqasiyası və stratifika- siyasında (təbəqələşməsində), onların “kişi” - “qadın” bölgüsündə özünü göstərir. G.s.-nda “qadın” peşələrinin və məşğuliyyət dairəsinin daha aşağı statusu, əməkhaqqının ödənilməsində gender bərabərsizliyi, müəyyən təşkilat çərçivəsində qadının sosial mobilliyinin qeyri-formal məhdudlaşdırılması məsələsi qeyd edilir. G.s. əmək qanunvericiliyinin gender ekspertizası, gender qruplarının bərabərhü- quqlu qaydada təkmilləşdirilməsi işi və gerçəkləşdirməyə nəzarətlə sıx bağlıdır.

    Antidiskriminant tədbirlərin tətbiqinə baxmayaraq, davam edən gender bərabər- sizliyinin möhkəmliyi bu möhkəmliyin səbəblərinin insanların şüurunda və sosial qarşılıqlı əlaqə təcrübəsində axtarış zəru- rətinə gətirib çıxardı. Bu tədqiqatların nəzəri-metodoloji əsasları sosial qarşılıqlı əlaqəni danışıqlar prosesi və mənaların uyğunlaşdırılması baxımından öyrənən etnometodologiya (H.Qarfinkel) və simvolik interaksionizm (İ.Hofman) idi. Müzakirə olunan fikirlərin təbii dilin sözləri və onların sonradan maddiləşməsinin köməyilə kateqoriyalaşması sosial təşkilolunma adlanır. G.s.-na etnometodoloji yanaşmada gender cəmiyyət qarşısında kişilik, yaxud qadınlığın normativ konsepsiyalarının bərabərliyinə cavab verən əməkqabiliyyətli fərdin davranışı şəklində başa düşülür. Bu mənada gender bioloji əlamətlərinə görə insanın ya kişi, ya da qadın cinsinə aid edilməsi kimi cinsdən və cins kateqoriyasından, yəni fərdin kişi, yaxud qadın kimi sosial identifikasiyasından fərqlənir. İnsanın cinsi mütləq onun aid olduğu cins kateqoriyasına uyğun olmaya bilər, baxmayaraq ki, gender ona mütləq uyğun olmalıdır. Kişilərin “qadın”, qadınların “kişi” məşğuliyyət sahələrinə çətin yiyələnməsi məhz bununla izah edilir.

    Etnometodoloqlara (amerikalı alimlər K.Uest, D.Zimmerman və b.) görə, gender sisteminin formalaşması və təkrar istehsalı verilmiş gender rollarının mənimsənməsi səbəbindən deyil, qarşılıqlı əlaqə prosesində insanın aid olduğu cins kateqoriyasına uyğunlaşmaq məcburiyyətindən baş verir. Ər və arvadın bərabər məşğulluğu şəraitində ev öhdəliklərinin qeyri-bərabər bölgüsü, yəni ictimai istehsalda qadınların üzərinə düşən ikiqat yük bu mexanizmlə izah olunur.

    Simvolik interaksionizm ardıcıllarını gender münasibətlərinin təşkilinin ən müxtəlif simvolik vasitələri maraqlandırır.

    Sosial qarşılıqlı əlaqələrin konkret vəziyyətləri ilə yanaşı, onlar nəzarət və güc aləti kimi baxılan mətnləri, vizual obrazları və filmləri də təhlil edir.

    Genderin sosial quruluş olaraq tədqiqi müşahidə, dərin müsahibə, diskursiv təhlil və s. keyfiyyət metodlarının vasitəsilə həyata keçirilir, bu da onu bir tərəfdən klassik etnologiyaya, digər tərəfdən isə poststrukturalizmə yaxınlaşdırır.

    G.s.-na konstruktiv yanaşmanın sonrakı formalarında (məs. amerikalı tədqiqatçılar S.Kessler, U.Makenna) bioloji və sosial olanın qarşılaşdırılması kimi cinsin genderə qarşı qoyulması məsələsinə yenidən baxıldı və göstərildi ki, hətta cinslər arasında əvvəllər sırf bioloji hesab olunan qarşılıqlı fəaliyyət sferaları da sosial mahiyyətlidir. Bu, G.s.-nın predmetinin genişlənməsinə şərait yaratdı modern və postmodern müstəvidə tədqiq olunmağa başladı (Z.Bauman, E.Giddens və b.).

    Avstraliyalı alim R.Kornell G.s.-na yanaşmalardakı dəyişiklikləri ümumiləşdirərək genderin tərifini vermişdir. Bu tərifə görə, gender - özəyi insanın reproduktiv sferası olan sosial münasibətlər strukturu, həmin struktur tərəfindən idarə olunan və bədənlər arasındakı reproduktiv fərqləri sosial proseslərə daxil edən təcrübələr çoxluğudur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN