Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENDER TARİXİ

    GENDER TARİXİ - ictimai hadisə və proseslərin təhlili üçün “sosial cins” kateqoriyası ilə bağlı biliklər bazasından istifadə edərək keçmişi öyrənən istiqamət (bax Gender). G.t.-nin inkişafının ilk mərhələsi (1960-cı illərin sonu) “tarixdə qadınların öyrənilməsi”nin meydana gəlməsi ilə bağlıdır.

    1969 ildə Kornell Un-tinin (ABŞ) prof.- u Ş.Tobias “Qadın tədqiqatları” adı altında qadınların və qadın hərəkatının tarixi üzrə ilk kursunu oxudu. 1980-ci illərin ortar larında Avropa və ABŞ-da onlarca belə kurslar oxundu, “tarixdə qadın tədqiqatları” iki istiqamətə ayrıldı. Onlardan biri cinslərin tarixinə dair “ideoloji cəhətdən şərtlənməmə” iddiasında olan tədqiqatları yaratmağa çalışırdı. Digər istiqamət “qadın tədqiqatları”nın işləyib hazırladığı anlayış və kateqoriyalar əsasında cinslərin tarixinin öyrənilməsinin evristik perspektivləri ilə bağlıdır (qadının sosial təcrübəsi, qadın eyniyyəti, qadın dünyagörüşü). Bu, 1970- ci illərə doğru sosiologiya və psixologiyada məşhurlaşan gender haqqında nəzəri anlayışların mənimsənilməsi G.t.-nin fənlərr arası tədqiqat təcrübəsi kimi formalaşması ilə nəticələndi. G.t.-nin müstəqil inkişafı daim yenilənən gender asimmetriyasını, bir cinsin digəri üzərində üstünlüyü faktorunu nəzərdən qaçırmadan cinslərin iyerarxiyasının kompleks sosiomədəni determinasiyasını, onların fəaliyyətini və mikro və makrotarixi kontekslərdə təkrar istehsalının təhlili fikrini irəli sürmüş amerikalı tədqiqatçı Con Skotun “Gender: tarixi təhlilin faydalı kateqoriyası” məqaləsinin nəşri ilə başladı (1986).

    G.t.-nin səciyyəvi xüsusiyyəti kritisizmdir (cinsləri “nəzərdən qaçıran” elmlərin ittiham edilməsi; qadın və cinsi azlıqların mövqeləri qeyri-bərabər olan cəmiyyətin tənqidi). O, “kişlərə məxsus miflərin” (İntibah, 18 əsr Fransa inqilabı və s. böyük sosial hadisələrin guya hər iki cins üçün eyni dərəcədə əhəmiyyətli olması barədə) bəzi təzahürlərini dağıtmış, gender ölçüsünü sosial-iqtisadi tarixə daxil etmişdir. Gender tarixçiləri, eyni zamanda “qadın” (məs., tərbiyəçi, aşpaz) və “kişi” (məs., döyüşçü, diplomat) peşələrinin tarixində sosial və mədəni normalarla şərtlənən ənənəvi ailə gender rollarının təkrar istehsalını aşkarlamışlar. Bununla bərabər cinslər arasında maddi və mənəvi nemətlərin, hakimiyyət və prestijin qeyri-bərabər bölgüsünü tənzimləyən sosial nəzarət institutları öyrənilmiş, tarixi tədqiqatların yazılışının müxtəlif elmi üslubları (obyektivist - “kişi” üslubu və emosional-zəngin - “qadın” üslubu) haqqında məsələ qoyulmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN