GENDƏRƏ – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Paşalı, 12.10.1956 ildәn Əzizbәyov, 19.4.1991 ildәn Vayk r-nu), Qaraqaya d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni-daşnak qüvvәlәri kәndi dağıtmış, әhalisini qovmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulandan sonra әhali geri dönәrәk yenidәn burada mәskunlaşmışdır. 1930-cu illәrdә kәnd lәğv edilmişdir.