GENEALOJİ METOD – әlamәtlәrin irsәn keçmә tipinin nәsil (şәcәrәlәrinin) analizinә әsaslanmış öyrәnilmә metodlarından biri. G.m. qәdimdәn k.t. heyvanlarının cinslik göstәricilәrinin vә mәhsuldarlığının yüksәldilmәsinә yönәlmiş damazlıq işlәrindә tәtbiq edilir. Heyvanın şәcәrәsi barәdә bilgi, çarpazlaşdırma üçün cütlәrin seçilmәsi vә taylaşdırılması zamanı onun irsi keyfiyyәtinin qiymәtlәndirilmәsinә kömәk edir. İnsanın irsiyyәtini öyrәnmәk üçün G.m.-dan (F. Qalton tәrәfindәn tәklif etmişdir) istifadә yalnız 20 әsrin әvvәllәrindә oldu yәni, insana tәtbiq olunmayan hibridoloji metodu (eksperimental çarpazlaşdırma sistemi), bu vә ya digәr irsi әlamәtlәrlә tәdqiq edәn nәsil analizilә asanlıqla әvәz olunması mәlum olduqdan sonra. Tibbi genetikada bir qayda olaraq tәdqiq edilәn ailә (cinsin) üzvlәrinin kliniki vә laboratoriya tәdqiqat üsullarını tәtbiqi ilә müxtәlif xәstәlik daşıyıcılığının vә ya patoloji kәnara çıxmaların irsәn keçmәsi öyrәnilir; bu metod kliniki–geneoloji metod adlanır. İrsi xәstәliklәri ehtimal edilәn ailәlәr üçün nәsil şәcәrәsi (valideynlәrin әcdadları vә onların qohumları müәyyәn edilir vә sağlamlıq vәziyyәtlәri tәsvir olunur) tәrtib olunur. Öyrәnilәn әlamәtin (xәstәliyin) aşkar edildiyi birinci şәxs şәcәrәdә başlanğıc (proband) sayılır. Ailәdә mәlum әlamәtin toplanmasının müәyyәnlәşdirilmәsi әsasında xәstәliyin irsәn keçmәsi üsulunu ehtimal etmәk olar. G.m. hәmçinin irsi xәstәliklәrin (mәs.,nәsil şәcәrәsindә hemofiliya geninin daşıyıcısı olan qadınların) aşkara çıxarılmasında tәtbiq edilir. Ailәdә uşaqların sayının az olması, onların qohumları barәdә sorğu biliklәrinin kifayәt qәdәr olmaması, müxtәlif şәkildә dәyişәn ekspressivliyi vә penetrantlığı G. m.-un dәqiqliyini mәhdudlaşdırır (azaldır). Buna baxmayaraq molekulyar genetika metodları ilә birlikdә klassik G. m. elmi vә praktiki mәsәlәlәrin hәllindә böyük perspektivlәrә malikdir.