Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENEALOJİ TƏSNİFAT

    GENEALOJİ TƏSNİFAT, d i l ç i l i k d ә – dillәrin mәnşә ümumiliyinә, qohumluğuna görә qruplaşdırılması. Qohum dillәrin yaranmasının ulu dilin bölünmәsi ilә bağlı olduğunu göstәrәn genealoji ağac modeli daha geniş yayılmışdır. Bu modelә görә dil әvvәlcә ayrı-ayrı dialektlәrә bölünür, sonra bu dialektlәr öz növbәsindә ayrı-ayrı dillәrә çevrilir vә onlar da sonralar müstәqil dil olurlar. Bu prosesin әksi dә mümkündür – dillәrin bu cür inkişafı nәticәsindә әvvәl bir-birindәn uzaq olan dillәr qarşılıqlı tәsir prosesindә o qәdәr yaxınlaşırlar ki, nәticәdә (onların әsl tarixi bilinmәyәndә) eyni ulu dilin nәsillәri kimi görünürlәr, lakin bu, dil әlaqәlәrinin konkret nümunәlәri ilә tәsdiq olunmur.

    Genealoji ağac quruluşu metodu ümumi innovasiyalara әsaslanır: әgәr iki (vә ya daha çox) dildә müәyyәn dil ailәsinin digәr dillәrindә olmayan әhәmiyyәtli sayda ümumi xüsusiyyәtlәr müәyyәn olunursa, onda bu dillәr sxemdә birlәşdirilir. Nәzәrdәn keçirilәn dillәr daha çox ümumi xüsusiyyәtlәrә malik olduqca, sxemdә dә bir o qәdәr yaxın yerlәşdirilirlәr. Bu o demәkdir ki, hәmin dillәrin ümumi әlamәtlәri onların ümumi ulu dillәri olduğu zaman kәsb edilmişdir.

    G.t. quruluşunda mәhz ümumi innovasiyalar nәzәrә alınır, ümumi arxaizmlәr isә nәzәrә alınmır, çünki onların saxlanılması ümumi ortaq ulu dil ilә bağlı olmaya bilәr. Hәmçinin nәzәrә almaq lazımdır ki, qohum dillәrdә paralel innovasiyaların baş vermәsi dә mümkündür; bundan başqa, dialektlәrin (bәzәn isә yaxın qohum dillәrin) tәması zamanı innovasiyaların mübadilәsi dә meydana çıxır. Qlottoxronologiya metodu ilә tәsnifat daha dәqiq nәticәlәr verir.

    G.t. yalnız qәdim yazı әnәnәsi olan dillәrә yox, hәmçinin yazısız vә gәnc yazıya malik dillәrә dә tәtbiq oluna bilәr. Belә hallarda pillәli yenidәnqurma metodu işlәdilir: әvvәlcә az zaman kәsiyindәki qruplar müәyyәnlәşdirilir vә onların ulu dillәri yenidәn qurulur, sonra bu ulu dillәr bir-biri ilә müqayisә olunur vә onların arasındakı yaxınlıq dәrәcәsi tәyin edilir. Bir-birinә yaxın olan ulu dillәrin qarşılaşdırılması nәticәsindә, ola bilәr ki, növbәti, daha qәdim ulu dil bәrpa edilsin.

    G.t. üçün müәyyәn olunmuş çәtinliklәrdәn birincisi picin vә kreol dillәridir, çünki bunlar demәk olar ki, nәsildәn-nәsilә keçmә yolu ilә deyil, sıfırdan yaranmışdır, ikinci çәtinlik isә dialektlәrdir. Sonuncular arasında bir dialektin digәrlәri ilә yaxınlaşmasına gәtirib çıxaran әlaqәlәr mümkündür ki, bu da yaxınlığın başlanğıc dәrәcәsini vә genealoji ağacı müәyyәn edәrkәn çәtinlik yaradır.

    G.t.-ın alternativ modeli – dalğalar nәzәriyyәsi dil xüsusiyyәtlәrinin dalğayabәnzәr tәrzdә qonşu әrazilәrdә yayıla bilmәsi ehtimalına әsaslanır. Dillәr arasındakı bu cür oxşar vә fәrqlilikәr ağac sxemindә tәsvir oluna bilmәz.

    Dalğavarı model dillәr arasındakı әlaqәni yalnız bu vә ya digәr mәqamda әks etdirir vә bununla da qohum dillәrin yalnız zaman aspekti ilә bağlı ağac modelindәn fәrqli olaraq, mәkan nöqteyi-nәzәrindәn dә tәsvirini verir. Hәr iki modelin üstün cәhәtlәrini birlәşdirәn l e n t v a r ı   s x e m  ulu dilin parçalanmasını dialektlәr arasında әlaqәlәrin lent şәklindә kәsilmәsi kimi göstәrir.

    Əd.: R ә c ә b o v  Ə.Ə. Dilçilik tarixi. B., 1988; B a b a y e v  A.M. Dilçiliyә giriş. B., 1992; Q u r b a n o v A.M. Ümumi dilçilik. C. 1–2, B., 2004.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN