GENERAL-BAS (alm. Generalbaß, hәrfi mәnada – ümumi bas) – rәqәmlәr vasitәsilә işarә olunan, alterasiya nişanları ilә nota köçürülmüş bas sәs, 17–18 әsrlәrin musiqisindә müşayiәtin әsası. Bas sәtrinin üstündә, yaxud altındakı rәqәmlәr mövcud sәslәnmә üçün spesifik olan diatonik intervalları ifadә edir: 6 – sekta; 5/4 –kvarta vә kvinta; 6/4 – kvarta vә sekta; 7 – septima; 6/5 kvinta vә sekta; 6/4/2, yaxud 4/2 – sekunda vә kvarta vә s. Alterasiya nişanları ya tersiyanın növünün dәyişmәsini ifadә edir, ya da onlara yaxın rәqәmә aid olurlar: b7/5, #4/2. Xromatik yüksәlmә rәqәmin üstündәn xәtt çәkmәklә göstәrilir: 6 G.-b.16 әsrin 2-ci yarısında İtaliyada yaranmışdır. G.-b.-ın yayılması 16-cı әsrin sonu – 18-ci әsrin ortalarında (general-bas dövrü adlanır) Avropa musiqisindә homofoniyanın yüksәlişi ilә bağlıdır. G.-b. ilә kompozisiyalarda polifoniya vә homofoniya әsasları barokko üslubunu xarakterizә edir. Sonralar musiqi sәnәtinin inkişafı ilә әlaqәdar G.-b. aradan çıxmışdır. Müşayiәtçi partiyanın rәqәmlә yazılış üsulu caz vә estrada musiqisindә yenidәn canlandırılmışdır.