GENERAL-FELDSEYHMEYSTER (alm.Feldzeugmeister – silahların rәisi) – 16–19 әsrlәrdә (bәzi dövlәtlәrdә 20 әsrәdәk) bir sıra ölkәlәrin ordularında artilleriyanın baş rәisi. 18–19 әsrlәrdә bәzi ordularda bütün növ iri qoşun qüvvәlәrinin rәhbәri G.-f. adlanırdı. Bununla әlaqәdar olaraq Avstriya (sonralar Avstriya-Macarıstan) ordusunda bu rütbә generala uyğun gәlirdi, artilleriya rәisi әvvәlcә baş direktor, sonra isә gen.-inspektor adlanmağa başladı. 18 әsrdә Almaniyada G.-f. gen.-inspektor vәzifәsi ilә әvәzlәnmiş, sonra yenidәn bәrpa edilmiş vә 1918 ilәdәk mövcud olmuşdur.