GENERÁLİÇ İvan (21.12.1914, Xlebine – 27.11.1992, Siqetku) – xorvat boyakarı. Xüsusi boyakarlıq tәhsili olmamışdır. Rәssam K. Xeqeduşiçdәn mәslәhәtlәr almışdır. Xlebin mәktәbi adlandırılan xalq rәssamlarının rәhbәri olmuşdur. Tәmiz, parlaq rәnglәrdәn istifadә etmiş G.-in әsәrlәrindә gerçәkliyin bәdiilәşmәsi, canlı müşahidә, istehza vә qrotesk nәzәrә çarpır (“Rekvizisiya”, 1934; “Marallar toya gedir”, 1959; hәr ikisi Xorvat sadә incәsәnәt muzeyindәdir, Zaqreb vә s.). Monoxromiyaya vә rәng azlığına meyillilik son әsәrlәri üçün xarakterikdir. “Qış” (1931, yenә orada), “Çoban” (1933, şәxsi kolleksiya, Zaqreb) tablolarını akvarellә işlәmişdir. Ənәnәvi milli sәnәt texnikasını bәrpa edәrәk, şüşә üzәrindә işlәrkәn yağlı boyadan istifadә etmişdir.
İ.Generaliç. “Odun doğrayanlar”. 1959. Xorvatiya sadә incәsәnәt muzeyi.