GENERALİSSİMUS (lat. әn böyük) – bir sıra dövlәtlәrin silahlı qüvvәlәrindә әn yüksәk rütbә. Əvvәlcә dövlәtin (dövlәtlәr koalisiyasının) ali baş komandanına, hәmçinin hakim sülalәlәrin nümayәndәlәrinә vә dövlәt xadimlәrinә fәxri ad kimi verilirdi. G. monarx vә ya ali hakimiyyәt orqanı (parlament, konqres, senat vә s.) tәrәfindәn tәqdim edilirdi, bәzәn ayrı-ayrı şәxslәr bir neçә dәfә G.seçilirdi. G.-a hәmçinin onunla oxşar olan vә yaxud mәnaca ona yaxın olan rütbәnin (çinlilәrdә tayyuanşuaylar, türklәrdә sәrdar-әkrәmlәr vә s.) sahibi aid edilirdi. G. adını almış 70 nәfәrdәn çox tarixi şәxsiyyәt mәlumdur. Onlardan birincisi Fransa kralı IX Karlın qardaşı Anju hersoqu Anri idi (1569). Bu rütbәni A.Rişelyö, A.Vallenşteyn, A.V.Suvorov, F.Foş, M.Şövkәt paşa, İ.V.Stalin, Sun Yatsen, Çan Kayşi, F. Franko vә b. daşıyırdırlar. Fransada “G.” adı bәzәn ali baş komandan mәnasını verirdi.