“GENERALİTET TORPAQLARI” (Niderland dilindә Generaliteitslanden) – Niderlandın Birlәşmiş Əyalәtlәr Resp.-nın 1578 ildәn sonra İspaniyanın işğalına mәruz qalmamış, hәmçinin Hollandiya– İspaniya müharibәlәri (16–17 әsrlәr) zamanı İspaniyadan geri alınmış xüsusi siyasi statuslu әyalәtlәri. Onlara “Brabant dövlәti” (Staats–Brabant, indiki Şimali Brabant), “Flandriya dövlәti” (Staats-Vlaanderen, tәqr. indiki Zelandiya әyalәtinin Zeuvs-Vlanderen vil.), 1594–1619 illәrdә Vestervolde vә Vedde vilayәtlәri, “Limburq dövlәti” (Staats-Limburg, Maastrixt dairәsi vә Limburq әyalәtinin c. hissәsi), 1713 ildәn “Yuxarı Geldern dövlәti” (StatsOpper-Gelre, Limburq әyalәtinin Venlo dairәsi) aid idi. “G.t.” Birlәşmiş Əyalәtlәr ilә İspaniya, daha sonra isә Avstriya Niderlandı arasında bufer rolunu oynamışdır. Daxili işlәrindә müxtariyyәtlәrini qoruyub saxlasalar da, digәr sahәlәrdә Birlәşmiş Əyalәtlәr Resp.-nın mәrkәzi orqanlarına tabe olmuş, yüksәk vergi ödәmiş, siyasi hüquqlardan mәhrum edilmiş vә Baş ştatlarda tәmsilçilәri olmamışdır.