Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENERÁSİYA 

    GENERÁSİYA (lat. generatio – doğulma, törәmә) – ümumi әcdada görә eyni qohumluq dәrәcәsi (insanda, mәs., valideynlәr, uşaqlar, nәvәlәr, nәticәlәr 4 ardıcıllıq tәşkil edir) olan fәrdlәr qrupu, nәsil. Mövsüm әrzindә eyni vaxtda inkişaf edәn fәrd qrupu da (xüsusilә cücülәrdә) G. adlanır. G. hәyatının uzunluğu (davamiyyәti) müәyyәn iqlim şәraitindә hәr bir növә mәnsub fәrdlәrin toplusu üçün sәciyyәvi olan orta reproduktiv yaşa uyğun olub geniş sәrhәdlәr hüdudunda dәyişә bilir: ibtidailәrdә bir neçә saat, çoxhüceyrәli heyvanların әksәriyyәtindә on illәrlә, bәzi ağaclarda bir neçә min ilәdәk davam edir. Bir çox orqanizmlәrin (o cümlәdәn bitkilәrin) hәyat tsiklindә G. növbәlәşir (bax Nәsil növbәlәşmәsi); bu zaman cinsi çoxalmaya vә qamet әmәlә gәtirmәyә qadir vә qametofit adlanan haploid G. sporofit adlanan diploid G. ilә növbәlәşir. Bu iki G.-dan biri hәmişә o biri üzәrindә üstünlük tәşkil edir (dominant G.) vә hәyat tsiklinin çox hissәsi onun payına düşür. Mamırkimilәrdә qametofitlәrin, quru bitkilәrinin qalan hissәsindә isә sporofitlәrin G.-sı üstünlük tәşkil edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN