GENERÁSİYA PROQRAMI – verilәnlәrin çevrilmәsini vә ya formalaşdırılmasını yerinә yetirәn proqram vasitәsi. G.p. (yaxud generator) müstәqil proqram, ya da tәtbiqi, yaxud sistem proqramın quraşdırılmış komponenti (prosedur vә ya funksiya şәklindә) ola bilәr. G.p. generator-çeviricilәrә vә generator-formalaşdırıcılara ayrılır. Kompilyatorlardakı kod generatorları, verilәnlәr bazası üçün SQL-sorğular generatorları, mәlumat mübadilәsi sistemlәrinin XML-sәnәdlәr generatorları, hәmçinin makrogeneratorların (makroprosessorların) müxtәlif növlәri g e n e r a t o r - ç e v i r i c i l ә r ә; test, hesabat, leksik vә sintaktik tәhlil proqramları, tәsadüfi әdәdlәr vә s. generatorları g e n e r a t o r - f o r m a l a ş d ı r ı c ı l a r a aiddir.
Kodun generasiyası proqramı proqramlaşdırma dillәrinin bütün kompilyatorlarının ayrılmaz hissәsidir. O, kompilyasiyanın son mәrhәlәsindә işlәyir; obyekt proqramı, yaxud da kompilyatorun giriş dilindәn fәrqli olan proqramlaşdırma dilindә mәtn formalaşdırır.
Verilәnlәr bazasının idarәetmә sistemlәrindәki SQL-sorğular generatoru, mәsәlәni istifadәçi üçün rahat olan dildәn SQL (Structured Query Language – strukturlaşdırılmış sorğu dili) dilindәki sorğular ardıcıllığına çevirәn translyatordur.
XML-sәnәdlәr generatoru şәbәkә xidmәtlәri konsepsiyasına uyğun standartlara görә qurulmuş mәlumatlar mübadilәsi sistemlәrindә işlәdilir. Göstәrilmiş standartlar hesablama şәbәkәsinin abonentlәri arasında yayılan bütün mәlumatlar üçün baza dili kimi XML-dәn (Extensible Markup Language – genişlәndirilmiş nişanlama dili) istifadәni tәlәb edir.
Mәtnlәrin makrogenerasiyası prosesi makroanlayışların daxil edilmәsi vә makroçağırışların emalından ibarәtdir. Makrogenerator bәzәn kompilyatorun daxilindә (mәs., Pl/1, C, C++ dillәrindә) yerlәşdirilir.
Test vә ya test ardıcıllıqları generatoru obyektin (proqramlaşdırma dili, proqramlar, idarәetmә sistemlәri) formal tәsvirini analiz edir vә lazımi sayda test nümunәlәrini yaradır. Yaradılmış testlәr tәdqiq olunan obyektin onun formal tәsvirinә uyğunluğunu araşdırmaq üçün istifadә edilir. Testlәrin nәticәlәri hazırlanmış proqram tәminatının keyfiyyәtini qiymәtlәndirәn meyarlardan biridir.
Hesabatlar generatoru istifadәçiyә lazım olan cәdvәllәrdәn, qrafiklәrdәn, mәtn informasiyalarından, illüstrasiyalardan ibarәt sәrbәst strukturlu hesabat formalarını hazırlamağa imkan verir.
Leksik vә sintaktik tәhlil proqramları generatoru ilә hәr hansı proqramlaşdırma dilinin verilmiş formal tәsvirinә görә bu dildәki cümlәlәrin uyğun tәhlilini aparan proqramları avtomatik qurmaq mümkündür. Yaradılan tәhlil proqramı generatorun qurduğu cәdvәldә yerlәşәn informasiyalarla işlәyәn prosedurlar yığımından ibarәtdir.
Hәqiqi tәsadüfi әdәdlәrin alınması mürәkkәb mәsәlә olduğundan EHM-dә aparılan hesablamalar psevdotәsadüfi әdәdlәrdәn istifadә etmәklә yerinә yetirilir. Psevdotәsadüfi әdәdlәr generatoru bir-birindәn asılı olmayan vә verilmiş paylanmaya tabe olan әdәdlәr, elementlәr ardıcıllığı hasil edәn proqramdır.