Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENERATİV DİLÇİLİK 

    GENERATİV DİLÇİLİK (Çomski dilçiliyi, törәmә qrammatika, generativ qrammatika; köhnә adı – transformasiyalı qrammatika) – dil nәzәriyyәsini tәbiyyat elmlәri әsasında öyrәnmәk mәqsәdi daşıyan formal dilçilik cәrәyanı. 1950-ci illәrin sonunda yaranmışdır; banisi vә rәhbәri amerikalı dilçi N.Çomski (Homski) olmuşdur. Çomskiyә görә, dilçilik nәzәriyyәsinin mәqsәdi yarımçıq xarici amil, başqa sözlә, әtrafdakıların nitqindәn götürülmüş informasiya әsasında uşağın doğma dilini sürәtli mәnimsәmәsi faktını izah etmәkdәn ibarәtdir. İnsanın dil qabiliyyәtinin әsasında insan tәfәkkürü, o cümlәdәn dil idrakının әsas parametrlәrini müәyyәn edәn anadangәlmә bioloji cәhәtdәn şәrtlәnәn komponent dayanır. Bütün insanlar üçün ümumi olan bu anadangәlmә komponentin vә xarici amilin qarşılıqlı tәsiri nәticәsindә (әtrafdakıların danışdığı konkret dil) uşağın ana dilinә tam yiyәlәnmәsi baş verir. Çomskiyә görә, bu proses özündә tipik olmayan tәbii inkişaf hadisәsini әks etdirir. Onun fikrincә, üçüncü amil isә dil vә digәr bioloji vә koqnitiv sistemlәr üçün ümumi olan xüsusiyyәtlәrdir.

    G.d. dil qabiliyyәtinin anadangәlmә komponentinin riyazi modellәşdirmә yolu ilә öyrәnilmәsinin güclәndirilmәsinә әsaslanır. Anadangәlmә dil qabiliyyәtinin nәzәri modeli kimi universal qrammatika – dil quruluşunun çoxsaylı mücәrrәd prinsiplәri çıxış edir. Bu prinsiplәr dildәki sintaktik quruluşlar, qrammatik formalar, hәmçinin fonetik vә semantik hadisәlәrin mümkün müxtәlifliyini mәhdudlaşdırır; bu cür mәhdudiyyәtlәr sayәsindә ana dilini öyrәnәn uşaq fikirlәşmәdәn xeyli yanlış fәrziyyәlәri dәf edә vә düzgün qәrara tez gәlә bilәr.

    G.d. linqvistik tәdqiqatlar qarşısında yeni vәzifәlәr qoyaraq nәzәri dilçilikdә dönüş yaratmışdır (struktur dilçilikdә olduğu kimi, faktların dәqiq tәsviri ilә mәhdudlaşmamaq, dilin әsasında dayanan әsas prinsiplәri vә qrammatik quruluşun mümkün müxtәlifliyinin parametrlәrini açmaq üçün formalizasiyadan istifadә etmәk). Bu vәzifәnin yeni quruluşu mühüm tәsviri nәticәlәr doğurdu – әsasәn sintaksis sahәsindә daha әvvәllәr mәlum olmayan qrammatik faktlar çoxluğunun açılmasına, әvvәllәr mәlum olan qaydaların dәqiqlәşdirilmәsinә gәtirib çıxardı (hәr şeydәn әvvәl, kontekst şәraitindә qrammatik faktların işlәdilmәsi).

    G.d.-dә qrammatika çox sayda düzgün cümlәlәr verәn vә yalnız sonda insanın digәr dil qabiliyyәtlәri ilә qarşılıqlı tәsir edәn avtonom mexanizmdir.

    N.Çomski tәrәfindәn 1990-cı illәrdә tәklif olunmuş generativ nәzәriyyә variantı (minimalist proqram) dilin digәr intellektual mexanizmlәrlә (fonoloji forma vә mәntiqi forma) әlaqәsini tәmin edәn yalnız 2 әn az zәruri olan “interfeys” dәrәcәsini saxlayır. Qrammatika modelinә cümlәnin ardıcıl derivasiyasını әldә olunmuş quruluşun düzgünlüyünün sonrakı yoxlanması ilә yerinә yetirәn lüğәt vә hesablama sistemi daxildir.

    G.d.-in diqqәt mәrkәzindә qrammatika nәzәriyyәsi dayansa da, o, fonologiya, semantika, psixolinqvistika vә dil fәlsәfәsi sahәsindә bir çox cәrәyana müәyyәn tәsir göstәrmişdir. 1960-cı illәrdәn etibarәn, G.d. ABŞ-da üstünlük tәşkil etmәyә başlamış (R.Cekendoff, H. Lasnik vә b.; C.Lakoff, Ç.Filmor, C.R.Rossun ilk әsәrlәri), Avropada vә Asiyanın bir sıra ölkәlәrindә [T.Reynhart (Almaniya), L. Ritsi (İtaliya), M.Sayto (Yaponiya) vә b.] mötәbәr dilçilik cәrәyanına çevrilmişdir. Onun әsas opponentlәri olan funksional dilçilik vә koqnitiv dilçiliyin tәrәfdarlarının fikrincә, N.Çomski dilin quruluşu vә onun funksiyaları arasındakı aydın әlaqәlәri nәzәrә almamış, hәmçinin G.d.-in bir çox mücәrrәd fәrziyyәlәri sübut edilmәmiş vә yoxlanılmamışdır.

    Əd.: Х о м с к и й Н. Аспекты теории синтаксиса. М., 1972; y e n ә  o n u n, Язык и мышление. М., 1972; Современная американская лингвистика: фундаментальные направления. 2-е изд. М., 2002.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN