Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENERATİV ORQANLAR

    GENERATİV ORQANLAR, b i t k i l ә r i n  g e n e r a t i v  o r q a n l a r ı (lat. generatio-doğulma, törәmә) – cinsi çoxalma funksiyasını yerinә yetirir; qeyri-cinsi vә vegetativ çoxalma orqanları ilә birlikdә reprodukdiv orqanlara aid edilir. Primitiv eukariotlarda (bәzi yosunlar, şibyәlәr) G.o. erkәk vә dişiyә diferensiasiya olunur, yalnız fizioloji cәhәtdәn fәrqlәnirlәr (heterotallizm). Cinsi prosesi daha inkişaf etmiş ibtidai bitkilәrdә G.o. (qametangilәr) anteridilәrә (erkәk qametlәr әmәlә gәtirir) vә ooqonilәrә (dişi qametlәr әmәlә gәtirir) ayrılır; tәkamül prosesindә bu orqanların quruluşu müxtәlif dәrәcәdә mürәkkәblәşir. Arakәsmәli qametangilәr yaranır (mәs., qonur yosunlarda); ehtimala görә mamırların, qıjıların, qatırquyruğular vә plaunların anteridi vә arxeqoni kimi çoxhüceyrәli G.o.-ı bunlardan törәmişlәr. Çılpaqtoxumlularda G.o. reduksiyaya uğrayır (mәs., şamkimilәrdә arxeqonidәn yumurtahüceyrә vә bir neçә әlavә hüceyrә qalır, erkәk qametofitdә isә 3-әdәk hüceyrә reduksiya olunur vә anteridi özlüyündә әmәlә gәlmir). Örtülütoxumlularda (çiçәklilәrdә) törәmә tsikllәrinin qısalması vә neotoniya hadisәsi ilә әlaqәdar 2 hüceyrәli erkәk qametofit vә dişi qametofitlәr olan rüşeym kisәciklәri kimi yüksәk ixtisaslaşmış strukturlar yaranır. Bunlar demәk olar ki, digәr bitki şöbәlәrinin G.o.-ına oxşar deyildir. G.o. anlayışı çox vaxt çiçәklәrә vә meyvәlәrә aid edilir. Heyvanların G.o.-ı çox vaxt cinsiyyәt orqanları adlanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN