GENERÁTOR (lat. generator – istehsal edәn) – hәr hansı mәhsul (buz, qaz, buxar G.-u) vә ya elektrik enerjisi hasil edәn (mәs., elektromaşın, maqnit-hidrodinamik, termoemissiya, elektrokimyәvi G.), yaxud elektrik, elektrik-maqnit, işıq vә ya sәs siqnalları – rәqslәri, impulsları (elektrik rәqslәri, kvars, kvant, ultrasәs G.-u, ifrat yüksәk tezlikli G. vә s.) yaradan qurğu.