Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENERÁTOR LAMPASI

    GENERÁTOR LAMPASI – sabit vә ya dәyişәn cәrәyan mәnbәyi enerjisini yüksәktezlikli elektromaqnit rәqslәri enerjisinә çevirәn elektron lampası; l a m p a l ı  g e n e r a t o r u n  mühüm elementi. Yüksәktezlikli rәqslәrin generasiyası üçün elektron lampanı (triodu) ilk dәfә 1913 ildә alman alimi A.Meynser tәtbiq etmişdir. G.l., әsasәn, müxtәlif tәyinatlı radioötürücülәrdә (o cümlәdәn radiolokasiyada), yüklü zәrrәciklәr sürәtlәndiricilәrindә, induksiya ilә qızdırma qurğularında, ölçmә cihazlarında vә s. işlәdilir. G.l. elektrodların sayına (triod, tetrod, pentod vә s.), rәqslәrin tezlik diapazonuna (qısa dalğalı – 30 MHs-dәk tezliklәr üçün, ultraqısa dalğalı – 300 MHs-әdәk, ifrat yüksәk tezliklәr – 300 MHs-dәn yuxarı) generasiya olunan gücә, anodun sәpәlәdiyi gücün sәviyyәsinә (az güclü – 50 Vt-adәk, orta güclü – 5 kVt-adәk, güclü – 200 kVt-adәk vә çox güclü – 200 kVt-dan çox), iş rejiminә (fasilәsiz işlәyәn vә impulslu), balonun materialına (şüşә, metal-şüşә, metal-keramik), katodun qızdırılma üsuluna (birbaşa vә dolayı közәrdilәn), anodun soyudulma növünә (tәbii vә mәcburi soyudulan) görә qruplara ayrılır. 1 GHs-dәn yüksәk tezliklәr üçün olan metal-keramik şüa tetrodu (xarici anodu mәcburi soyudulur), 1 GHs-dәn yüksәk tezliklәr üçün olan triod daha geniş yayılmış G.l.-larıdır. G.l.-nın konstruktiv quruluşu, әsasәn generasiya olunan gücdәn vә tezliklәrin işçi diapazonundan asılıdır. Tezliyi 1 GHs-әdәk vә gücü bir neçә kVt olan G.l.- larında, adәtәn, silindrik elektrodlardan (dolayı közәrmәli termoelektron katod, emissiyaya qarşı örtüklü molibden tor vә mis anod), az vә orta güclü ifrat yüksәktezlikli triodlarda yastı elektrodlardan (oksid vә ya mәsamәli metal katod, çәtinәriyәn metaldan xırda strukturlu tor vә mis anod) istifadә edilir. Yüksәk radiasiya dayanıqlığı, әtraf mühitin yüksәk temp-rlarında işlәmә qabiliyyәti yüksәktezlikli vә ifrat yüksәktezlikli G.l.-larının yarımkeçirici cihazlarla müqayisәdә әsas üstünlüklәridir; işlәmә müddәtinin azlığı vә inteqral qurğularda tәtbiqinin çәtinliyi isә mәnfi cәhәtlәridir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN