Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENETİK EHTİYATLAR İNSTİTUTU

    GENETİK EHTİYATLAR İNSTİTUTU, A z ә r b a y c a n   M i l l  i   E l m l ә r   A k a d e m i y a s ı n ı n   G e n e t i k   E h t i y a t l a r  İ n s t i t u t u – elmi-tәdqiqat müәssisәsi. Bakıdadır. 1958 ildәn fәaliyyәt göstәrmiş Genetika vә Seleksiya İn-tunun әsasında yaradılmışdır. İn-tda Genbank, Rüşeymin plazması laboratoriyası, dәnli-taxıl vә paxlalı bitkilәr, tәrәvәz vә bostan bitkilәri, texniki vә yem bitkilәri, meyvә bitkilәri, biotexnologiya, molekulyar sitogenetika, bitki fiziologiyası, bitki biokimyası, texnologiya, immunogenetika, ekobotanika vә sistematika, kәnd tәsarrüfatı heyvanlarının genetik ehtiyatları, tәhsil, beynәlxalq әlaqәlәr, informasiya vә media şöbәlәri fәaliyyәt göstәrir. İn-tun Abşeron, Qarabağ, Şәki, Ağdaş vә Tovuz elmi tәdqiqat bazaları, Saray vә Zuvand dayaq mәntәqәlәri vә Quba bölgә tәcrübә bazası vardır. Milli Genbank vә genefond bağlarında әsasәn, yerli genetik müxtәlifliyә (mәdәni bitkilәrin yabanı әcdadları, xalq seleksiyası sort vә formaları, qiymәtli gen mәnbәlәri vә s.) aid on minlәrlә nümunә toplanaraq mühafizә, tәdqiq vә istifadә olunur. Burada bitki genetik ehtiyatlarının Milli İnformasiya sistemi, yerli k.t. heyvanları genefondunun mәlumat bazası yaradılmışdır. Uzunmüddәtli fundamental vә tәtbiqi tәdqiqatlardan mühüm nәticәlәr alınmış, onlarla yüksәk mәhsuldar bitki sortu vә ipәkqurdu cinsi vә hibridlәr yaradılaraq r-nlaşdırılmışdır. Milli Genbankda mühafizә olunan 1000-dәn çox nümunә genetik pasportlaşdırılmışdır. Sintez olunmuş üçcinsli natamam amfidiploid Aegilotriticalonun [(T.durum x Ae. tauschii) x S.cereale subsp. Segetale] “Chinese Spring” sortu ilә hibridlәşdirilmәsindәn yeni tipli şaxәlilik әlamәtinin mәnbәyi olan 171 ACS xәtti yaradılmışdır. İlk dәfә olaraq, Azәrb. Mәnşәli yumşaq buğda növmüxtәlifliklәrindә pas xәstәliyinә (sarı, qonur) davamlılığı tәmin edәn genlәr vә gövdә pasının әsas davamlılıq geni aşkar edilmişdir. Azәrb.-da paxlalı bitkilәrin mәdәni vә yabanı növlәrindә bir neçә növ virus ilk dәfә aşkar edilmiş, onların nukleotid ardıcıllığı müәyyәnlәşdirilmiş vә Beynәlxalq Genbankda qeydiyatdan keçirilmişdir. Azәrb.-ın üzüm bitkisinin әsas mәnşә vә mәdәnilәşdirmә mәrkәzlәrindәn biri olması molekulyar metodlarla sübuta yetirilmişdir. Milli Genbankda mühafizә olunan 700-ә yaxın buğda vә arpa nümunәsi sekvens әsasında genotiplәşdirilmiş, dünyada ilk olaraq “Azәrbaycan gülöyşәsi” nar sortu genomunun denovo oxunması vә 6 vegetatav orqanı üzrә transkripsiya profilinin yaradılması hәyata keçirilmişdir.

    2012 ildә ölkәdә mәdәni bitkilәrin genetik ehtiyatları üzrә idarәetmә sisteminin tәnzimlәnmәsi mәqsәdilә Elmi-Texniki Şura yaradılmış, GEİ Milli әlaqәlәndirici İn-t kimi müәyyәn edilmişdir. İn-t beynәlxalq, regional vә milli tәşkilatlarla birgә elmi tәdqiqatlar aparır, beynәlxalq şәbәkәlәrә qoşularaq qlobal proqramların hәyata keçirilmәsindә fәal iştirak edir. İn-tda yaradılmış insan genetikası laboratotiyası (2016) nüfuzlu elmi mәrkәzlәrlә, elәcә dә Azәrb. Resp. sәhiyyә nazirliyinin elmi-tәdqiqat müәssisәlәri ilә birgә әmәkdaşlıq müqavilәlәri әsasında fәaliyyәt göstәrir.

    İn-tda 3 ixtisas üzrә magistratura tәhsili aparılır (2015 ildәn); BDU vә Azәrb. Dövlәt Aqrar Un-tinin baza kafedraları fәaliyyәt göstәrir.

    GEİ-nda (baza vә dayaq mәntәqәlәri dә daxil olmaqla) 323 әmәkdaş, o cümlәdәn 118 elmi işçi (1 nәfәr AMEA-nın müxbir üzvü, g.e.d. vә 72 f.d.) çalışır; 15 nәfәr elmlәr doktorluğu, 10 nәfәr fәlsәfә doktorluğu, 17 nәfәr dissertant vә 11 nәfәr magistrant pillәsindә fәaliyyәtini davam etdirir. İn-tda 19 üzvü olan şura, 15 üzvü olan Gәnc alimlәr vә mütәxәssislәr şurası vә 11 üzvü olan Hәmkarlar tәşkilatı fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN