Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENETİK İNFORMASİYA

    GENETİK İNFORMASİYA, g e n e t i k   m ә l u m a t – DNT (bәzi viruslarda hәm dә RNT) nukleotidlәrinin ardıcıllığı kimi mühafizә olunub saxlanılan bütün hәyati formaların dәyişdiyi, inkişaf etdiyi vә fәaliyyәt göstәrdiyi irsi informasiya. Ən az G.i. viruslarda, әn çox çoxhüceyrәli orqanizmlәrdә olur. G.i. genlәrdә vә genetik elementlәrdә toplanmışdır. G.i. 2 mәrhәlәdә reallaşdırılır. Birinci mәrhәlәdә DNT-dә zülalların spesifik ardıcıllığı ilә qarşılıqlı әlaqәsi baş verir; mәs.. telomer vә sentromer, transkripsiyanın tәnzimlәyici amillәrinin promotorlarla qarşılıqlı әlaqәsi vә s. İkinci mәrhәlәdә transkripsiya prosesindә DNT üzәrindә ribosom, nәqliyyat, kiçik nüvә molekulları vә sitoplazmatik RNT-lәr әmәlә gәlir. İki ilk RNT növü müxtәlif zülallarla birlikdә (ribosom zülalı, tәnzimlәyici zülallar vә fermentlәr) onların böyük әksәriyyәtininin sintezini hәyata keçirәn hüceyrә aparatı yaradır. Genlәrin DNT-si üzәrindә genetik kod әsasında baş verәn translyasiya (nәqliyyat, nәqletmә) prosesindә әmәlә gәlәn hüceyrә zülallarının ilkin strukturunu müәyyәnlәşdirәn informasiya matrisaları kimi matrisa RNT-lәri sintez edilir. Əmәlә gәlәn zülallar hüceyrә vә orqanizmlәrin bütün inkişaf proseslәrini vә fәaliyyәtini hәyata keçirәrәk ona nәzarәt edir. G.i.-nın dәqiq reproduksiyası DNT vә RNT-nin (bәzi viruslarda) replikasiya prosesi ilә tәmin olunur. G.i.-nın ötürülmә prosesi pro- vә elәcә dә eukariot hüceyrәlәrin vә eukariot orqanizmlәrin cinsi vә vegetativ çoxalması zamanı baş verir. Bakteriyalarda ötürülmәnin konyuqasiya, transformasiya vә transduksiya kimi müxtәlif üsulları mövcuddur. Virusların G.i.-sı virionların yoluxmuş hüceyrәlәrdәn çıxması vә digәr hüceyrәlәrә keçmәsi yolu ötürülür; bu, müxtәlif viruslar üçün müxtәlif üsullarla baş verir. G.i.-nın stabilliyinin saxlanmasında DNT-nin reperasiyası prosesi mühüm rol oynayır. G.-i.-nın dәyişkәnliyi mutasiyalarla, rekombinasiya proseslәri vә genomun yenidәn qurulması ilә bağlıdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN