Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENETİK MODİFİKASİYA OLUNMUŞ ORQANİZMLƏR 

    GENETİK MODİFİKASİYA OLUNMUŞ ORQANİZMLƏR – gen mühәndisliyi metodlarının tәtbiqi ilә modullaşdırılmış genetik materialı mәqsәdyönlü dәyişdirilmiş mikroorqanizmlәr, bitkilәr vә heyvanlar. Hәmin genetik materialın tәrkibindә, onlara әlavә ötürülmәk üçün nәzәrdә tutulmuş xassәlәr verәn vә genetik materialı tәkrar törәdә vә ötürә bilәn yad genlәr, genin fraqmentlәri, yaxud kombinasiyaları vardır. GMO-ya, adәtәn, mutasiya nәticәsindә yaranan mәs., radiasiya şüalanması, yaxud uzaq hibridlәşdirmә yolu ilә alınan k.t. bitkilәrinin sortları aid edilmir. Orqanizmlәrin genetik aparatına insanın müdaxilәsi sayәsindә әldә edilәn birhüceyrәli vә çoxhüceyrәli orqanizmlәr tәbii orqanizmlәrdәn fәrqlәnir.

    İlk GMO (qurbağa geni daşıyan bağırsaq çöpü bakteriyası) 1973 ildә S. Koen vә әmәkdaşları tәrәfindәn alınmışdır. Sonralar tәrkibindә tәbii xassәlәri fәrqlәnәn, prinsipcә yeni mәs., insan zülalı hasil edәn bakteriyalar, vaksin komponentlәri sintez edәn mayalar, süni dәyişdirilmiş irsiyyәt proqramı olan bir çox müxtәlif k.t. bitkilәri sortu vә digәr GMO yaradıldı. Sonuncular geni dәyişdirilmәmiş ilkin bitkilәrlә müqayisәdә yüksәk mәhsuldarlığı, zәrәrvericilәrә, xәstәliklәrә, herbisidlәrә davamlılığı ilә vә qiymәtli qida keyfiyyәtlәrinә malik olması ilә fәrqlәnә bilirlәr. Belә bitkilәrin (bunların arasında soya, qarğıdalı, pambıq, şalğam, tütün, kartof) yaradılması üsuluna yaxşılaşdırılmış bitkilәrin alınma (yetişdirilmә) müddәtlәrini xeyli qısaldan tәkmillәşdirilmiş çarpazlaşdırma kimi baxılır.

    Genetik dәyişdirilmiş bitkilәrdәn istifadәnin iqtisadi effekti (sәmәrәsi) bütün dünyada, ilk növbәdә ABŞ, Argentina, Kanada, Braziliya, Çindә onların әkin sahәlәrinin artmasına imkan verdi (2005 ildә belә sahәlәr 90 mln. ha tәşkil edirdi).

    Dünya bazarında modifikasiya olunmuş bitkilәr әsasında alınan qida mәhsulları vә qida әlavәlәri gündәn-günә çoxalır. Mәs., soya qida zülalına (o cümlәdәn heyvani) tәlәbatın xeyli hissәsini ödәyir, kolbasa, pendir vә sousların tәrkibinә aşqar kimi әlavә edilir. Doymuş yağ turşularının miqdarı az olan bitki yağları alınmışdır. “Yeni” kartofda vә qarğıdalıda nişasta çox, su isә azdır. Belә kartof qızardılarkәn az yağ tәlәb olunur, ondan yüngül çipsi alınır, fri kartofları orqanizm tәrәfindәn asan mәnimsәnilir.

    Düyünün әsas әrzaq mәhsulu olduğu ölkәlәrdә karotinlә zәnginlәşdirilmiş “Qızıl düyü” korluğun profilaktikası üçün istifadә edilir. GDO-dәn vә onlardan alınan qida mәhsulları, yaxud yemlәrin tәhlükәsiz istifadәsini tәmin etmәk mәqsәdilә bir sıra ölkәlәrdә milli dövlәt nәzarәti sistemlәri tәşkil edilmişdir. Onlar müxtәlif ölkәlәrdә fәrqlidir, lakin onların prinsiplәri beynәlxalq sәviyyәdә әlaqәlәndirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN