GENETİK TƏNQİD – müasir fransız әdәbiyyatşünaslığında mәktәb. G.t. metodologiyasının әsasında poststrukturalizm kateqoriyalarının (xüsusilә onlar tәrәfindәn işlәnib hazırlanmış “yazılar” nәzәriyyәsi) mәtnşünaslığa tәtbiq edilmәsi dayanır. G.t.-in tәdqiqat obyekti әsәrin yaranmasında hazırlıq mәrhәlәsi kimi yox, müstәqil әhәmiyyәtә malik muxtar sistem kimi başa düşülәn yazıçı әlyazmaları vә qaralamalarıdır. G.t. әdәbiyyatı sabit nizama salınmış mәtnin alternativlәri kimi (variantların tamamlanmamış oyunu kimi) müәllifin inkişaf prosesini gözdәn keçirәrәk, әsәri yaranma mәrhәlәsindә öyrәnmәyә cәhd edir. G.t. üçün әsas anlayış “avantekst”dir (ifadә ilk dәfә 1972 ildә G.t.-in banilәrindәn biri olan J. Belmen-Noel tәrәfindәn işlәdilmişdir): әsәrlәrdәn әvvәl yaranan әlyazmaların, vәrәqlәrin vә digәr mәtnlәrin mәcmusu. Sonralar “avantekst” adı altında әsәrin tәnqidçilәr tәrәfindәn qaralamaların tәhlili әsasında yaradılan vә tamamlanmış mәtndәn aydın şәkildә fәrqlәnәn tәfsir olunmuş modeli başa düşülmәyә başladı. G.t.-in nümayәndәlәrinin (P.M. de Biazi, B.Boye, A.Qreziyon, R.Debre-Jenett, D.Ferrer) әsas elmi fәaliyyәtlәri Müasir
Mәtnlәr vә Əlyazmalar İn-tunda cәmlәnmişdir; İn-tun nәşrlәri E.Luinin rәhbәrlik etdiyi “Mәtnlәr vә әlyazmalar” seriyasında, hәmçinin “Genesis” jurnalında dәrc olunur.
Əd.: Генезис художественного произведения: материалы советско-французского коллоквиума. М., 1986; Генетическая критика во Франции. М.,1999.