GENETİKA (yun. γένεσις – mәnşә) – canlı orqanizmlәrin universal xassәlәri olan irsiyyәt vә dәyişkәnlik haqqında elm. İrsiyyәt vә dәyişkәnlik tәbiәtdә mövcud olan bütün canlı sistemlәrә xas olub, G.-nın әsas predmetini tәşkil edir. Digәr biol. elmlәr arasında G.-nın inteqrasiya mövqeyi onun canlı varlıqların başlıca xassәlәrini yüksәk dәrәcәdә müәyyәnlәşdirәn predmeti ilә әlaqәdardır. G. sahәsindәki kәşflәr sayәsindә 20 әsrin әvvәllәrindәn başlayaraq, biologiya fizika vә kimya ilә yanaşı tәbiәtşünaslıqda müasir dünyagörüşünün formalaşmasında iştirak edirdi. G. termini 1906 ildә U.Betson tәrәfindәn tәklif olunmuşdur.
İrsiyyәt vә dәyişkәnliyin prinsipial qanunauyğunluqlarının öyrәnilmәsi ü m u m i G.-nın mәzmununu tәşkil edir. Tәdqiqat obyektinә görә virusların, bakteriyaların, göbәlәklәrin, bitkilәrin, heyvanların, insanın x ü s u s i G.-sı, biol. obyektlәrin tәşkili sәviyyәsindәn asılı olaraq sitogenetika, molekulyar genetika, fenogenetika, yaxud ontogenetika, populyasiya G.-sına ayrılır. Tәkamül G.-sı populyasiya dinamikasının irsiyyәt, dәyişkәnlik, seçmә vә s. kimi genetik amillәrinә әsaslanaraq Yer üzәrindә hәyatın tarixi gedişindә müxtәlif orqanizmlәrin genetik materialının dәyişikliklәrini öyrәnir. İnsanın tәsәrrüfat fәaliyyәtinin arzuolunmaz nәticәlәrinin proqnozlaşdırılması vә vaxtında qarşısının alınması g e n e t i k t o k s i k o l o g i y a n ı n mövzusudur; bu, hәm dә öz növbәsindә ekosistemlәrdә orqanizmlәrin qarşılıqlı tәsirinin genetik mexanizmlәrini öyrәnәn e k o l o j i G.-nın bir bölmәsidir. İrsi xәstәliklәrin öyrәnilmәsi vә onların inkişaf riskini müәyyәn edәn, patologiyanın yaranması, xәstәnin ölmәsinin qarşısını almağa imkan verәn erkәn diaqnostika üsullarının işlәnibhazırlanması ilә tibbi G. mәşğul olur. G.-nın metodları vә yanaşmaları biologiyanın digәr bölmәlәrinin inkişafında mühüm rol oynayır; bu, immunogenetika, o n k o g e n e t i k a, r a d i a s i y a G.-sı, g e n o s i s t e m a t i k a vә s. istiqamәtlәrin adlarında әks olunur.
G.-nın әsas metodu olan hibridoloji analiz metodu genetik analiz metoduna xeyli dәrәcәdә uyğundur. Hibridoloji analiz metodunun inkişafı orqanizmlәrin tәkamülcә qohumluq dәrәcәsini aydınlaşdırmağa imkan verәn uzaq hibridlәşdirmә metodlarında da öz әksini tapmışdır. Heyvan vә bitkilәrin somatik hüceyrәlәrinin hibridlәşdirmә metodları geniş yayılmışdır. Kәmiyyәt әlamәtlәrinin dәyişkәnliyi vә irsi keçmәsini öyrәnәrkәn hüceyrәlәrdә, orqanizmlәrdә vә populyasiyalarda, genom DNT-sinin vә gen funksiyalarının tәdqiqindә baş verәn genetik proseslәrin kompüter modellәşdirmәsindә riyazi metodlardan istifadә olunur. Bunun әsasında elmin yeni sahәsi s i s t e m b i o l o g i y a s ı inkişaf edir. Genomun struktur-funksional tәşkilinin tәdqiqindә irsәn keçәn әlamәtlәri sәciyyәlәndirmәk, zülalların vә nuklein turşularının xassәlәrini maddәlәr mübadilәsi vә hüceyrә strukturu sәviyyәsindә öyrәnmәk üçün sitoloji metod, molekulyar biologiya, biokimya vә fiziologiya metodları tәtbiq olunur. Bu mәqsәdlәr üçün hәtta cüzi miqdarda gen mәhsullarının, hәr şeydәn әvvәl zülalların tәyin edilmәsinә imkan verәn immunologiya vә immunokimya metodları istifadә edilir.
G. makromolekulları markalamaq vә identifikasiya etmәk üçün kimya vә fizika metodları olan analitik, optik, sedimentasiya, izotop analizi, müxtәlif cür nişanlardan geniş istifadә edir. Müxtәlif obyektlәrlә işlәyәn genetiklәr zoologiya, botanika, mikrobiologiya, virusologiya vә bunlara yaxın başqa biol. elmlәrin metodlarnı tәtbiq edirlәr. G.-nın inkişafında tәkamül biologiyasının müasir metodları vә yanaşmaları getdikcә daha böyük әhәmiyyәt kәsb edir.
G.-da mutasiya prosesini, rekombinasiyanı, gen hәrәkәtinin tәnzimlәnmәsini vә s. öyrәnәrkәn model obyektlәr, yәni xüsusi G.-nın işlәyib-hazırladığı xәtlәr vә növlәrin genetik kolleksiyalarından geniş istifadә olunur. Model obyektlәrә olan әsas tәlәblәrdәn biri qısa hәyat tsikli, böyük mәhsuldarlıq, aydın, asan nәzәrә alına bilәn әlamәtlәrin çoxluğu, genetik analiz metodlarının yaxşı işlәnib-hazırlanmış olmasıdır. Şifri tamamilә açılmış genomları olan daha münasib model obyektlәr Saccharomyces cinsindәn olan maya göbәlәklәri, Caenorhabditis elegans nematodu, Arabidopsis thaliana (xaççiçәklilәr fәsilәsi) bitkisidir. Mәmәlilәrlә genetik eksperimentlәr üçün obyekt kimi, adәtәn siçanlardan istifadә edilir.
Genetikanın meydana gәlmәsi vә inkişafının әsas mәrhәlәlәri. İrsiyyәt haqqında ilk anlayışlara antik dövr alimlәrinin әsәrlәrindә tәsadüf edilir. Artıq e.ә. 5 әsrdә iki әsas irsiyyәt nәzәriyyәsi formalaşmışdı: birbaşa (Hippokrat) vә dolayı (Aristotel). Cinsi hüceyrәlәrin öz mәnşәyini bütün bәdәn orqanlarından götürüldüyünü iddia edәn birinci nәzәriyyә 23 әsr mövcud oldu. İkinci nәzәriyyә bu mövzuda son ciddi variasiya sayılan Ç.Darvinin pangenezis nәzәriyyәsi (1868) oldu. 19 әsrin ortalarında Q.Mendel genetik analiz (hibridoloji analiz) metodunun әsasını qoydu. Bu analiz çarpazlaşdırma sisteminin kömәyilә әlamәtlәrin irsi xarakterinin öyrәnilmәsindәn ibarәtdir. 1865 ildә o, noxud üzәrindә apardığı tәcrübәlәrlә әlamәtlәrin irsi amillәr (indi onlar gen adlanır) vasitәsilә dolayı olaraq nәslә ötürülmәsi qanunlarını kәşf etdi. Müasirlәri tәrәfindәn qәbul edilmәyәn bu kәşf 1900 ildә yenidәn rәsmi olaraq H. de Friz, K.Korrens vә E.Çermak-Zeyzeneqq tәrәfindәn tәkrar edildi vә tәşәkkül tapdı. 19 әsrin 2-ci yarısında hüceyrә nәzәriyyәsinin inkişafı buna bir tәkan oldu.
Hüceyrәlәrin bölünmәsi (mitoz vә meyoz), bitkilәrdә vә heyvanlarda mayalanmanın gedişindә xromosomların hәrәkәtinin tәsviri, xromosom dәstlәrinin dәyişilmәzliyinin (sabitliyinin) müәyyәnlәşdirilmәsi (V.Ru, alman alimlәri E.Strasburger, O.Hertviq) vә irsiyyәtin nüvә hipotezasının (T.Boveri) sübut edilmәsi. A.Veysman tәrәfindәn yaradılmış abstrakt irsiyyәt nәzәriyyәsi, xromosom nәzәriyyәsini xeyli qabaqlamışdı. Növün diploid xromosom dәstinin sabitliyini saxlayan mexanizm kimi meyozda xromosomların sayının azalmasının biol. әhәmiyyәti vә cinsi yolla çoxalan orqanizmlәrdә kombinativ dәyişikliklәrin әsaslarının izahını da o vermişdir.
1901 ildә H. De Friz mutasiya nәzәriyyәsinin әsasını qoydu. Bu nәzәriyyәyә görә irsi әlamәtlәr mütlәq sabit deyildir, onların nişanәlәri mutasiya nәticәsindә sıçrayışlı şәkildә dәyişә bilәr. 1909 ildә V.İohansen Mendeleyevin irsiyyәt vahidlәrini (amillәrini) gen, onların toplusunu genotip, yaxud genetik konstitusiya, әlamәtlәrin mәcmusunu isә orqanizmin fenotipi adlandırmağı tәklif etdi.
1920 illәrdә meyvә milçәyi (Drosophila melanogaster) ilә eksperimentlәr zamanı T.X.Morqan öz şagirdlәri K.Brices, H.Möller vә A.Störtevantla birlikdә irsiyyәtin xromosom nәzәriyyәsini yaratdı vә irsi informasiyanın elementar daşıyıcısı olan gen nәzәriyyәsinin әsasını qoydu. N.İ.Vavilov özünün irsi dәyişkәnliyin homoloji sıralar qanununda tәbii növdaxili dәyişkәnlik haqqında anlayışları inkişaf etdirdi (1920). Bu qanun yaxın qohum cins vә növlәrin dәyişkәnliyindәki paralellizm barәdә böyük faktiki materialı ümumilәşdirәrәk G.-nı vә sistematikanı bir-birilә әlaqәlәndirdi vә G. ilә tәkamül tәliminin gәlәcәk sintezi üçün zәmin yaradı. 1925 ildә mutasiya prosesi nәzәriyyәsi induksiyalanmış mutagenezin kәşfi nәticәsindә zәnginlәşdi: rus mikrobioloqları Q.A.Nadson vә Q.S.Filippov ibtidai göbәlәklәrdә radioaktiv şüalanmanın mutasiya prosesinә tәsirini aşkar etdi, 1927 ildә Möller drozofillә eksperimentlәrdә rentgen şüalarının mutagen effektini nümayiş etdirdi. Mutagenezin kimyәvi effekti ilk dәfә M.N.Meysel tәrәfindәn mayalarda kәşf edildi (1928). Yüksәkeffektli kimyәvi mutagenlәr, yaxud supermutagenlәr 1946 ildә İ.A.Rapoport (etilenimin) vә ingilis alimlәri Ş.Auerbax vә C.Robson (azotlu iprit) tәrәfindәn istifadә edilmişdir. Bunlar genetik analizin imkanlarını xeyli genişlәndirdi, onun hәlledici qabiliyyәtini artırdı.
1940-cı illәrin әvvәllәrindә C.Bidl vә E.Teytem biokimyәvi G.-nın әsaslarını işlәyib hazırladılar. Hüceyrә metabolizminin müxtәlif mәrhәlәlәrini pozan mutasiyanı öyrәnmәklә genlәrin fermentlәrdә biosintezә nәzarәti (“bir gen – bir ferment”) konsepsiyası barәdәki tәsәvvürlәrini (fikirlәrini) bildirdilәr. 1944 ildә amerikan alimlәri O.Eyveri, K.Mak-Leod vә M.Makkarti göstәrdilәr ki, bakterya ştammları (pnevmokoklar) arasında irsi әlamәtlәrin ötürülmәsinә cavabdeh mәhz DNT molekullarıdır. Nuklein turşularının genetik rolunun kәşfi molekulyar G.-nın meydana gәlmәsinә sәbәb oldu. DNT molekulunun strukturu (ikiqat spiral) 1953 ildә C.Uotson vә F.Krik tәrәfindәn deşifrә edildi. Mәlum oldu ki, irsi informasiya DNT nukleotidlәrinin ardıcıllığında kodlaşmış, genlәr isә nukleotidlәrin növbәlәşmәsi ilә bir-birindәn fәrqlәnir. Mutasiyalar isә nukleotidlәrin növbәlәşmәsindә (ardıcıllığında) olan dәyişikliklәrdir. F.Jakob vә J.Mono tәrәfindәn operon nәzәriyyәsi işlәnib hazırlandı (1961), M.Nirenberq vә R.Mattey tәrәfindәn süni zülal zәnciri sintez (1961) edildi, M.Nirenberq, S.Oçoa, X.Korana tәrәfindәn “ömür dili” yәni zülal molekullarının quruluşu haqqında DNT-dә kodla yazılmış genetik mәlumat deşifrә (1965) olundu.
G.-nın müasir vәziyyәti. Müasir G. biologiyanın әn intensiv inkişaf edәn sahәlәrindәn biridir. V.Arber tәrәfindәn (1962) restriksiya (restriktaz) endonukleazaları fermentlәrinin kәşfi genomların (DNT molekulunda) fiziki xәritәlәndirilmәsinin әsasını qoydu, hәmçinin DNT-nin ilkin strukturunun (sekvenlәşmә) müәyyәn edilmәsi metodlarından birinin әsasını tәşkil etdi. Bu metodu 1970-ci illәrin әvvәlindә A.D.Mirzәbәyov vә E.D.Sverdlovun tәdqiqatlarından istifadә edәrәk Amerika tәdqiqatçıları A.Maksam vә U.Gilbert yaratmışlar. 1973 ildә F.Senger tәrәfindәn DNT-nin sekvensi metodunun işlәnib hazırlanması, 1983 ildә K.Mallis (ABŞ) polimeraza zәncirvarı reaksiyasının kәşfi böyük әhәmiyyәt kәsb etdi. Bütün bu metodlar gen mühәndisliyinin әsasını qoydu.
DNT-nin fermentativ analizi X.Temin vә D.Baltimorun (1970) RNT-dәn asılı DNT-polimerazanı (әks transkriptazanı) kәşf etmәsi ilә daha da tamamlandı. Bu kәşfin sayәsindә istәnilәn in vitro şәraitindә istәnilәn mRNT-nin DNT surәtini sintez etmәk mümkün oldu. Bu metodlar genom layihәlәrinin әsasını tәşkil etdi. Bu işlәrin sayәsindә iki әsrin sәrhәddindә yeni elm olan genomika yarandı, genin müqayisәli molekulyar biologiyası vә genomika tәkamül nәzәriyyәsinin inkişafı üçün böyük әhәmiyyәtә malikdir. Xüsusilә F.Şarp vә R.Roberts hәlә 1977 ildә eukariot genlәrinin sәciyyәvi xüsusiyyәti olan mürәkkәb mozaik quruluşunu, yәni ekzonların vә nitronların növbәlәşmәsini göstәrmişlәr. G.-da tәkamüldә vә ontogenezin gedişindә genomun ayrı-ayrı elementlәrinin hәrәkәtliliyinә getdikcә daha çox diqqәt verilir. Hәlә 1950 illәrdә Mak-Klintok qarğıdalıda mobil genetik elementlәr kәşf etmişdi. 1970 illәrin sonunda B.S.Toneqava aşkar etmişdir ki, siçan immunoqlobulinlәrinin variabel vә konstant sahәlәrini kodlaşdıran, yetkin heyvanda fasilәsiz ardıcıllıqla yerlәşәn DNT sahәlәri onların rüşeymindә vә cinsiyyәt hüceyrәlәrindә bir-birindәn tәcrid olunmuş şәkildә paylanmışdır.
20–21 әsrlәrin qovuşmasında irsiyyәt vә dәyişkәnliyin epigenetik mexanizmlәrinin (DNT vә ya RNT-dәki informasiyaya toxunmayan) öyrәnilmәsi intensiv inkişaf edirdi. 1984 ildә M.Surani (B.Britaniya) vә b. mәmәlilәrdә genom imprintinqini, yәni genlәrin hansı valideyndәn ziqotaya verilmәsindәn asılı olaraq bәzi genlәrin ekspessiya sәviyyәsini tәsvir etdilәr. Bu hadisәnin DNT molekullarının hәlә valideynlәrin orqanizmindә modifikasiya xarakteri ilә bağlı olduğu aşkarlandı.
İki müxtәlif genomun qarşılıqlı tәsiri insan da daxil olmaqla mәmәlilәrin orqanizminin inkişafının vacib şәrtidir. Mәhz buna görә dә İrlandiya tәdqiqatçısı İ.Uilmut tәrәfindәn (1997) mәmәlilәrin klonlaşdırılmasının, genom impintinqinin aradan qaldırılması mümkünlüyünün kәşfi әsl sensasiyaya sәbәb oldu. Artıq 21 әsrdә Niderland alimi F.Şloytels әmәkdaşları ilә birlikdә göstәrdilәr ki, genom impritinqindә ölçüsü 20 nukleotidә yaxın kiçik kodlaşmayan RNT molekulları iştirak edir; bunlar bәzi adi genlәrә nisbәtәn tәnzimlәyici funksiyanı yerinә yetirir, hәmçinin DNT-nin (metillәşdirmә), yaxud histonların modifikasiyasına (metillәşdirmә, asetillәşdirmә) sәbәb olur. “İnәk quduzluğu” xәstәliyini vә yaşlı insanda bir sıra neyrodegenerativ xәstәliklәr törәdәn infeksiya agenti olan prionlar probleminin (20 әsrin 2-ci yarısında S.Pruzinerin işlәri) işlәnmәsi böyük әks-sәda yaratdı. Bütün başqa zülallar kimi prionun da replikasiya qabiliyyәti yoxdur, lakin ondan әvvәl gәlәn sinir sistemi zülallarından biri özünün mәkan strukturunu dәyişәrәk (ilkin strukturunu saxlamaqla) patogen xassә alır vә yenidәn sintez olunan homoloji polipeptidlәr üçün özünәmәxsus konformasiyalı matrisa vәzifәsi daşıyır. R.Uikner (1994) göstәrdi ki, prionlar Saccharomyces cerevisiae maya göbәlәklәrindә zülal tәbiәtli sitoplazmatik irsi determinantlar ola bilәr, lakin mәmәlilәrin prionları kimi irsәn keçmәyәn, modifikasiya dәyişkәnliyidir. Bu kәşflәr irsiyyәtin epigenetlik amillәri barәdә tәsәvvürlәri genişlәndirdi.
Genlәrin, sonra da mәmәlilәrin klonlaşdırılması genetiklәrin qarşısında insanın tәdqiqi vә onun irsi xәstәliklәrinin müalicәsi ilә bağlı yeni metodların tәtbiqi imkanları ilә әlaqәdar mәnәvi-etik problemlәr qoydu. İnsanın klonlaşdırılması ölkәlәrin әksәriyyәtindә qadağan edilmişdir, gen mühәndisliyi vә genoterapiya metodlarının istifadәsi isә bir sıra qayda vә mәhduddiyyәtlәrә әmәl etmәk zәrurәti ilә bağlıdır. 20 әsrin sonlarında G. vә genocoğrafiyada böyük müvәffәqiyyәtlәr әldә edilmişdir. Bu istiqamәt insanın hәm normal, hәm dә patoloji әlamәtlәrinә nәzarәt edәn allellәrin coğrafi yayılması vә tezliyini tәdqiq edir, etnik qruplar vә xalqların genetik formalaşmasının әsaslarının tәhlilini verir.
Genetikanın әhәmiyyәti. G. seleksiyanın nәzәri әsasıdır. Seleksionerlәr yeni bitki sortları, heyvan cinslәri vә mikroorqanizm ştammları yaratmaq üçün başlanğıc materialı müxtәlif obyektlәrin xüsusi G.-sına әsaslanaraq seçirlәr. 1930 ildә Amerika genetiki M.Rods vә rus genetiki M.İ.Xacinov tәrәfindәn qarğıdalıda sitoplazmatik erkәk sterilliyin kәşfi hadisәsi heterozisdәn istifadә etmәklә hibrid әsasında bu bitkinin toxumçuluğunun bünövrәsini qoydu. Bundan sorqo, şәkәr çuğunduru vә bir çox digәr bitkilәrin xәtlәrarası vә sortlararası hibridlәrinin alınmasında da tәtbiq olunur. Bitkilәrin poliploidiyası, yәni xromosom dәstlәrinin sayının artması әsasında k.t. bitkilәrinin mәs., çovdarın, qarabaşağın tetraploidlәri kimi tәsәrrüfat qiymәtli formaları yaradılmışdır. Mendel qanunauyğunluqlarına әsaslanaraq seleksionerlәr müxtәlif rәng vә çalarlı xәzli heyvanların (su samuru, tülkü, ondatra vә s.) vә ev heyvanlarının yeni cinslәrini yetişdirirlәr. Tülkünün әhlilәşdirilmәsi gedişindә aparılan seleksiya seçmәnin destabilizәedici funksiyası nәzәriyyәsinin işlәnib hazırlanması üçün zәngin eksperiment materialı verdi. Miqdari әlamәtlәrә görә seleksiyadan hәm bitkilәrin mәhsuldarlığını, hәm dә k.t. heyvanlarından alınan әt vә süd mәhsullarıını artırmaq üçün istifadә edilir. G. metodları balıqçılıqda vә quşçuluqda tәtbiq olunur. Mәs., populyasiya G.-sı tәdqiqatları vәtәgә balıqlarının mühafizәsi vә onların süni yetişdirilmәsi üzrә tövsiyәlәrin әsasını tәşkil edir.
Mutasiya seleksiyası mikrobiologiya sәnayesinin inkişafında antibiotiklәrin, vitaminlәrin, aminturşuların vә digәr biol. aktiv maddәlәrin, hәmçinin “canlı gübrәlәrin” mәs., azotfiksasiyaya qabil olan simbiotik bakteriya ştammlarının yaradılmasında böyük rol oynadı. Heyvanların böyümә (boy) hormonlarını, insan interferonlarını sintez edәn, yeni formalı bitki vә heyvanların alınması üçün gen mühәndisliyindәn müvәffәqiyyәtlә istifadә edilir (bax Transgen orqanizmlәr). Heyvan xәstәliklәrinә davamlı genlәrin ali bitkilәrә köçürülmәsi canlı (yemәli) vaksinlәrin yaradılmasına imkan verir. Bitkilәrin somatik hüceyrәlәrinin hibridlәşdirilmәsi tәbiәtdә heç vaxt çarpazlaşmayan növ genomlarını birlәşdirmәyә imkan yaradır.
G. metodları uşağın doğulana qәdәr irsi xәstәliklәrinin diaqnostikasında, yaxud gen vә xromosom anomaliyalarının heteroziqot daşıyıcılığını tәyin etmәk mәqsәdilә istifadә edilir. Bu metodlar infeksion vә poligen irsi xәstәliklәrә meyillilik genlәrini aşkara çıxarmaqla xәstәliyin inkişaf ehtimalını proqnozlaşdırmağa, bununla da profilaktik tәdbirlәr planlaşdırmağa imkan verir. Gen mühәndisliyi әsasında xәstәnin somatik hüceyrәlәrindә genomun anomal sahәlәrinin düzәldilmәsi, yaxud dәyişdirilmәsi üsullarını işlәyib hazırlayan tibbin yeni sahәsi – genoterapiya meydana gәlmişdir.
Bitki, heyvan vә mikroorqanizm populyasiyalarının optimal ölçülәri vә yaşam şәraitinin, onların genofondunun saxlanması seleksiya prosesindә insanın istifadә edә bilәcәyi genlәrin tәbii zәnginliyinin saxlanması demәkdir. Müasir G. bәşәriyyәti orqanizmin fәaliyyәtinin tәdqiqini hәyata keçirә bilәn yeni imkanlarla tәchiz etmişdir: induksiyalaşmış mutasiyaların kömәyilә, demәk olar ki, istәnilәn fizioloji prosesi işә salmaq vә dayandırmaq, hüceyrәdә zülal biosintezini dayandırmaq, morfogenezi dәyişmәk, inkişafı müәyyәn mәrhәlәdә saxlamaq vә s. mümkündür. İndi G. irsi xәstәliklәri, xәrçәng vә s. bәlaları daha dәrindәn tәdqiq etmәk iqtidarındadır. Son dövrlәrdә molekulyar-genetik metodların sürәkli inkişafı genetiklәrә nәinki bir çox orqanizmlәrin genomunu deşifrә etmәyә, habelә verilәn tәlәblәrә uyğun canlıların rekonstruksiyasına şәrait yaratmışdır. Belәliklә, G. biol. proseslәrin modellәşdirilmәsinә yol açmaqla, uzun müddәt ayrı-ayrılıqda fәaliyyәt göstәrәn biol. sahәlәrin birlәşmәsi vә elәcә dә hәmin sahәlәrә aid biliklәrin sintezi erasına qәdәm qoyur.