GENETLƏR (Genetta) – viverlәr fәsilәsindәn mәmәli heyvan cinsi. Bәdәni (uz. 58 sm-әdәk, kütlәsi 1–2 kq-dır) çevik, elastik olub yumşaq, sıx vә qısa tüklәrlә örtülüdür. G.-in çoxunun rәngi qonur, yaxud qara lәkәli bozumtul, ya da sarımtıl olur; quyruğunda qara vә ağ rәngli halqa naxışları, quyruğunun (uz. 42-sm-әdәk) dibindә iy vәzilәri var. Ətrafları qısa, caynaqları әyilmiş, dartılan olur. 10 növü var. Afrikanın savanna vә tropik meşәlәrindә yaşayır. Adi G. (G. genetta), hәmçinin Avropanın (İspaniya, Fransa) c,-q. vә Ərәbistan y-a-nın q. hissәsindә yayılmışdır. Gecәlәr fәaldırlar. Gününü qaya yarıqlarında, koğuşlarda, başqa heyvanların qazıdığı yuvalarda keçirir. Ağaclara yaxşı dırmaşır. Xırda mәmәlilәr, quşlar vә onların yumurtaları, sürünәnlәr, cücülәrlә qidalanır. İldә 2 dәfә balalayır (2–3 bala). Asan әhlilәşir.
Adi genet (Genetta genetta).