Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENİŞEKRANLI KİNO

    GENİŞEKRANLI KİNO – nümayişindә adi ekran әvәzinә enli (tәrәflәrinin nisbәti 1:1,66–1:2,35) ekrandan istifadә edilәn kino növü. Ekran ölçülәrinin (sterefonik sәslәnmә ilә birlikdә) artması kino sәnәtinin tәsvir imkanlarını genişlәndirir, kino әsәrlәrinin tamaşaçıya tәsir dәrәcәsini güclәndirir (әsasәn, bәdii rәngli kinofilmlәr, natura, kütlәvi vә döyüş sәhnәlәri zamanı). Anamorfot kadrlı, kaşetlәnmiş kadrlı (әn geniş yayılanı) vә s. sistemli G.k. sistemlәri mövcuddur. A n a m o r f o t   k a d r l ı  kino sistemi anamorfot optikadan (bax Anamorfot taxma) istifadәyә әsaslanır (kinoçәkmәdә optik sistem tәsviri üfüqi istiqamәtdә 2 dәfә “sıxır”, kinoproyeksiya zamanı tәsvirin hәqiqi ölçülәri bәrpa olunur). Ekranda tәsvir optik (anamorfot) taxma tәtbiq etmәklә genişlәnir. K a ş e t l ә n m i ş  k a d r l ı  G.k. sistemi 35 mm-lik kinoplyonkada çәkilәn adi (klassik) kadrın hünd.-nün azaldılması (tәrәflәrinin nisbәti ekranın tәrәflәrinin nisbәtinә uyğun olanadәk) prinsipinә әsaslanır. Anamorfot kadrlı G.k. sistemindәn dünyada ilk dәfә 1953 ildә ABŞ-da “Toqa” adlı filmin çәkilişindә istifadә olunmuşdur. Azәrb.-da ilk G.k. (“Koroğlu”, “Azәrbaycanfilm” studiyası) 1960 ildә çәkilmişdir. Hazırda genişekranlı rәqәmli kinonun iki әsas növü mövcuddur: Flat (tәrәflәrinin nisbәti 1,85:1 olan kaşetlәnmiş plyonkalı formata uyğundur) vә Skope (tәrәflәrinin nisbәti 2,39:1 olan, әsasәn, anamorfotlu kinoformatlara uyğundur). Rәqәmli kinoteatrlarda yeni kinoların nümayişi zamanı rәqәmli texnologiyadan әlavә optik videodisklәrdәn, hәmçinin televiziyadan geniş istifadә olunur. Buna görә müasir TV standartları G.k.-ların verilmәsi üçün uyğunlaşdırılmışdır (ekranın tәrәflәrinin nisbәti 16:9 nәzәrdә tutulur). Bu hәm yüksәk dәqiqlikli TV standartlarına HDTV (High Definition Television, High Definition TV) vә hәm dә standart dәqiqlikli TV standartlarından istifadә edәn DVD (Digital Video Disk) üçün xüsusi hazırlanmış rәqәmli anamorfotlaşma texnologiyasına aid edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN