GENİŞLƏNDİRİCİ, g e n ә l d i c i – qazıma quyusunun divarlarını işlәmәk üçün qazıma alәti. Sәthindә süxurdağıdan elementlәr yerlәşmiş polad gövdәdәn ibarәtdir. Quyudibinә salınarkәn süxurdağıdan alәtin (almaz baltabaşlıqları, baltaları) yeyilmәsinin qarşısını almaq, hәmçinin alәtin vibrasiyasını vә quyunun әyriliyini azaltmaq vә s. üçün almazlı vә şaroşkalı G. (diametri süxurdağıdan alәtdәn onlarla mm çoxdur) tәtbiq edilir.