GENK – Belçikanın ş.-indә şәhәr. Flamand regionunda, Limburq әyalәtindәdir. Əh. 65 min (2013).
G. iri avropa avtomobilqayirma mәrkәzidir. “Ford” (1964 ildәn, hal-hazırda Avropanın әn iri vә müasir quraşdırma müәssisәsidir; 2004 ildә tәqr. 10 min işçisi vardı, tәxminәn 207 min avtomobil buraxmışdı, modellәr – Ford Mondeo, Ford Galaxy vә s.) vә “Volvo” şirkәtlәrinin z-dları fәaliyyәt göstәrir. Metallurgiya vә kimya sәnayesi müәssisәslәri var.
Şәhәr keltlәrin yaşayış mәskәni yerindә salınmışdır. Mәnbәlәrdә adı ilk dәfә 1108 ildә qeyd olunmuşdur. 1902 ildә şәhәrin yaxınlığında iri daş kömür yatağının aşkar edilmәsindәn sonra o sürәtlә inkişaf etmәyә başlamış, Belçikanın digәr bölgәlәrindәn vә xarıcdәn immiqrantların axını nәticәsidә G. vilayәtin iri yaşayış mәntәqәsinә çevrilmişdi. 1960-cı illәrin ortlarından kömür şaxtalarının bağlanması, 1980-ci illәrdә kömür hasilatının qәti kәsilmәsi burada yeni sәnaye sahәlәrinin, o cümlәdәn avtomobil istehsalı müәssisәlәrinin yaranmasına sәbәb olmuşdu. 2000 ildәn şәhәr statusu var.
G.-dә Limburq un-t mәrkәzi, Limburq ali katolik mәktәbinin kampusu, o cümlәdәn polis, dәmiryol muzeylәri var. “Genk” futbol klubu – 1999 vә 2002 illәrdә Belçika çempionu olmuşdur.