GENNEQAU, E n o (flamand dilindә Henegouwen, fr. Hainaut) – indiki Belçika vә Şimali Fransa әrazisindә tarixi vilayәt. Əsas şәhәri Monsdur. Adı 8 әsrdәn mәlumdur. 9 әsrdәn G. Aşağı Lotaringiyanın tәrkibindә qraflıq olmuş, 13 әsrә doğru fakitiki Müqәddәs Roma imperiyasının tәrkibindә müstәqil feodal mülkünә çevrilmişdir. 1191–1278 illәrdә G. qrafları eyni zamanda Flandriya, 1299–1354 illәrdә şәxsi uniya әsasında hәmçinin Hollandiya qrafları olmuşdular. 1345 ildә G. qraflığı Vittelsbaxların, 1433 ildә Burqundiya hersoqlarının hakimiyyәti altına düşmüş, 1482 ildә Habsburqların hakimiyyәtinә keçәrәk Niderlandın 17 әyalәtindәn birinә çevrilmişdir. Niderland inqilabından (16 әsr) sonra G. әyalәt kimi İspaniya Niderlandının, sonra isә Avstriya Niderlandının tәrkibinә daxil idi. 1678 ildә G.-nun c. hissәsi Fransaya keçdi. 1795–1815 illәrdә Fransanın, 1815–30 illәrdә Niderland krallığının tәrkibinә qatılan vilayәt 1830 ildәn Belçika krallığına mәxsusdur.