Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENOFÓND 

    GENOFÓND (gen + fr. fond – әsas, tәmәl) – müәyyәn populyasiya, populyasiya qrupları, yaxud növün fәrdlәrindә olan genlәrin mәcmusu. “G.” termini 1928 ildә A.S.Serebrovski tәrәfindәn tәklif edilmişdir. Populyasiyanın genetik tamlığının әsası onun daxilindә irsi materialın daim mübadilә olunmasına imkan yaradan cinsi prosesin olmasıdır. Nәticәdә populyasiyanın vahid G.-u formalaşır; buraya hәr bir nәsildә müxtәlif genotipli fәrdlәr tәrәfindәn, onların uyğunlaşma dәyәrindәn asılı olaraq az vә ya çox әmanәt daxil edilir. Vahid G.-un әn mühüm xüsusiyyәti onun xeyli dәrәcәdә müxtәlifliyi, yekcins olmamasıdır. G. vә bir sıra nәsillәrdә genotiplәrin nisbi tezliyi bu hallarda sabit qala bilәrdi: populyasiya çox böyük olanda genlәrin dreyfi zәif tәzahür edir; hәr hansı istiqamәtdә seçici mutasiyalaşma yoxdur; genotiplәrin fәrqli seçiciliyi baş vermir; miqrasiya yoxdur, yaxud miqrantlar genotip cәhәtdәn yerli fәrdlәrlә eynidir. Bu amillәrdәn birinin tәbiәtdә mövcudluğu G.-da genlәrin sıxlığını dәyişir vә nәticәdә genotiplәrin sıxlıq tarazlığı da dәyişir. Müxtәlif növlәrin G.-u fәrqlidir. Ehtimal ki, populyasiyada bu vә ya digәr genlәrin sıxlığını dәyişәn amillәr, növlәrin әmәlә gәlmәsinin әsas sәbәbidir. Guman edilir ki, növdәn yuxarı daha yüksәk taksonomiyaların, kateqoriyaların әmәlә gәlmәsi (yәni bütöv biol. tәkamül) növәmәlәgәlmәyә bәnzәr olub, G.-un dәyişikliklәrinә әsaslanır. Bitkilәrin vә heyvanların tәbii vә süni populyasiyalarının G.-unun mühafizәsi canlı tәbiәtin mühafizәsinin әsas vәzifәlәrindәn biridir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN