GENÓM (alm. Genom) – müәyyәn orqanizm növünün haploid xromosom dәsti üçün sәciyyәvi olan genlәr mәcmusu; әsas haploid xromosom dәsti. Termin 1920 ildә Q. Vinkler tәrәfindәn tәklif edilmişdir. Genotipdәn fәrqli olaraq G. ayrı-ayrı fәrdlәrin deyil, növün xarakteristikasını verir. Uzaq hibridlәşdirmә zamanı müxtәlif G. daşıyan orqanizmlәr, allopoliploidlәr (buğda ilә ayrıq, buğda ilә elimus, çovdarla ayrıq arasında hibridlәr) almaq olar. Müxtәlif bitkilәrdә G.-ların sayını vә oxşarlığını tәyin etmәk üçün xüsusi G. analizi metodlarından (üsullarından) istifadә olunur. Diploid orqanizmlәrdә qametlәrin normal halda bir G.-u olduğundan G. genetik analizin diskret vahididir. G. orqanizmin normal inkişafı üçün zәruri olan funksional vahid kimi dә qәbul edilә bilir; yәni bir çox orqanizmlәr üçün (xüsusilә bitkilәr) normada, yaxud eksperiment yolu ilә alınan bir G. әsasında inkişaf edәn haploidlәr mövcuddur.