Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENOMİKA 

    GENOMİKA – genomun struktur-funksional tәşkili haqqında elm. 1980-ci illәrin sonunda formalaşmışdır. Onun sürәtli inkişafi (genomun fiziki vә genetik kartlaşdırılması, DNT-nin sekvenlәşmәsi, kompüter texnologiyalarının kömәyi ilә nukleotidlәrin analizinә dair işlәr) “İnsan genomu” Beynәlxalq proqramı üzrә aparılan tәdqiqatlarla bağlıdır.

    G. struktur, funksional vә müqayisәli bölmәlәrә ayrılır. S t r u k t u r G.-nın vәzifәlәri hüceyrә (nüvә, mitoxondri vә xloroplast) DNT-sinin bütün molekullarındakı nukleotidlәrin ardıcıllığını, yәni genom informasiyasının mәzmununu vә tәşkilini öyrәnmәkdәn ibarәtdir. F u n k s i o n a l G. DNT molekulunda nukleotidlәrin modifikasiya mәrhәlәsindәn başlayaraq, gendәn әlamәtә doğru informasiyaların hәyata keçirilmәsi yollarını tәhlil edir. Çox vaxt G.-nı müәyyәn şәraitdә bir hüceyrәdә bütün matrisa RNT-lәrin quruluşunu vә miqdarını tәdqiq edәn transkriptomika ilә eynilәşdirirlәr. M ü q a y i s ә l i G. (tәkamül G.-sı) mәnşәcә ümumi olan orqanizmlәrdә bir növün, yaxud müxtәlif növlәrin, o cümlәdәn uzaq növlәrin DNT molekulu sahәlәrindә nukleotidlәrin, yaxud onların ardıcıllıq variantlarını öyrәnir. Tәkamül nәzәriyyәsinin inkişafında әsas istiqamәtlәrdәn biridir.

    G. fundamental biologiya, hәmçinin sәhiyyә, k.t. vә biotexnologiya mәsәlәlәrinin hәlli problemlәrinin işlәnib hazırlanmasında әhәmiyyәt kәsb edir. Tibdә insanın yoluxucu xәstәliklәrinin DNT–diaqnostikası, irsi xәstәliklәrә meyilliliyin müәyyәn edilmәsi, gen terapiyası metodları işlәnib hazırlanır. Mәhkәmә-tibb ekspertizasında G. mәlumatları atalığın cinayәtkarın vә qәza qurbanlarının şәxsiyyәtinin tәyinindә, o cümlәdәn meyitlәrin identifikasiyasında istifadә olunur. Etnoqrafiya, tarix, arxeologiya vә linqvistikanın G. ilә qovşağında xalqların mәnşәyini vә onların Yer kürәsindә miqrasiyasını tәdqiq edәn etnogenomika yaranmışdır. K.t.-nda vә biotexnologiyada genomların fәaliyyәt qanunauyğunluqlarının anlaşılması verilmiş xassәli (mәs., zәrәrli tәsirlәrә davamlı, yaxud zәruri maddәlәr, o cümlәdәn dәrman preparatlarını effektiv istehsal edәn) yeni bitki, heyvan vә mikroorqanizmlәr almağa (yetişdirmәyә) imkan verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN