Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENOTİP 

    GENOTİP – orqanizmin irsәn aldığı bütün genlәrin (onların allellәri dә daxil olmaqla) mәcmusu.

    G. dar mәnada müәyyәn orqanizmin tәhlil olunan әlamәtinә nәzarәt edәn (bu halda G.-in baxılmamış hissәsi genotip mühiti olur) gen allellәrinin, yaxud qruplarının mәcmusudur. “G.” termini 1909 ildә V.İohansen tәrәfindәn tәklif edilmişdir. Müasir genetikada G. bir-birindәn asılı olmayan genlәrin mexaniki yığımı yox, müxtәlif sәviyyәlәrdә qarşılıqlı tәsirdә olan genetik elementlәrin vahid sistemidir. G. orqanizmin inkişafına, quruluşuna vә hәyat fәaliyyәtinә yәni orqanizmin bütün әlamәtlәrinin cәmi olan fenotipә nәzarәt edir. Müxtәlif G.-li orqanizmlәr eyni fenotipli ola bilәr, buna görә dә orqanizmin G.-ini tәyin etmәk üçün onun genetik analizini, mәs., analizedici çarpazlaşdırma aparmaq lazımdır. Eyni G.-li fәrdlәr müxtәlif şәraitdә olduqda bir-birindәn әlamәtlәrin tәzahür xarakterinә görә, yәni fenotipә görә fәrqlәnә bilәr. Belәliklә, G. orqanizmin vә onun ayrı-ayrı әlamәtlәrinin xarici mühitlә qarşılıqlı tәsiri vәziyyәtindә mümkün ola bilәn inkişaf yollarını müәyyәn edir. Mühitin fenotipik әlamәtlәrә tәsirinә misal Himalay xәttindәn olan adadovşanlarında xәz rәnginin dәyişmәsini göstәrmәk olar; eyni G.-dәn olan adadovşanları soyuqda yetişdirildikdә xәzi qara, mülayim temp.-da, Himalay rәngi (üzü, qulağı. pәncәlәri vә quyruğu qara olan ağ rәngli fәrdlәr), yüksәk temp.-da ağ xәzli olurlar. G.-in dәyişilmәsi vә müxtәlif G.-li fәrdlәrin olması tәkamül prosesinin şәrtlәrindәn biri olan genotipik dәyişkәnlikdәn xәbәr verir. Eyni G.-li fәrdlәrin olması qeyri-cinsi (vegetativ çoxalma daxil olmaqla) yolla çoxalan tәmiz xәtlәr üçün dә sәciyyәvidir. Bir mayalanmış yumurtahüceyrәdәn inkişaf edәn oxşar әkizlәr eyni G.-ә malikdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN