Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENT

    GENT, Q a n (niderlandca Gent, fr. Gand) – Belçikanın q.-indә şәhәr. Flamand regionunda, Şәrqi Flandriya әyalәtinin әsas şәhәri. Əh. 248 min (2012). Brüsseldәn şm.-q.-dә, Şelda çayının Leye çayına töküldüyü yerdәdir. Kanallar G.-i Şimal dәnizi ilә birlәşdirir. Dәniz portu (yük dövriyyәsi 25 mln. t, 2004; Antverpen vә Zebrüqgedәn sonra ölkәdә üçüncü). Avtomobil vә d.y.-ları qovşağı.

     Gent şәhәrindәn görünüş.

    İlk dәfә 7 әsrdә Müq. Pyotr vә Müq. Bavon abbatlıqları әtrafında formalaşmış, tacirlәrin vә sәnәtkarların Qanda adlı mәskәni kimi qeyd edilir. 9 әsrdәn Flandriya qraflığının tәrkibinә daxil olmuş, dәfәlәrlә vikinqlәrin hücumlarına mәruz qalmış, 11 әsrdә iri sәnәtkarlıq (әsasәn mahud istehsalı) vә ticarәt mәrkәzinә çevrilmişdir. İlk imtiyazları qraf Frislandlı Robertdәn (1071–93) almış, 12–13 әsrlәrdә imtiyazların sayı әhәmiyәtli dәrәcәdә artmışdır. 13 әsrdә G. sürәtlә inkişaf etmәyә başlamış, 16 әsrin әvvәllәrinәdәk Niderlandın әn böyük vә Avropanın әn iri şәhәrindәn biri hesab edilmişdir. 12–15 әsrlәrdә G.-dә bir tәrәfdәn varlı tacirlәr vә sex rәhbәrliyi, digәr tәrәfdәn isә sәnәtkarlar arasında qızğın mübarizә getmiş, dәfәlәrlә üsyanlar baş vermişdi. 13 әsrin sonunda şәhәr patrisiatının hakimiyyәti devrildi, lakin IV Filippin (Gözәl Filipp) müdaxilәsi ilә yenidәn bәrpa olunmuşdu. 1338 ildә Y. van Arteveldenin başçılığı ilә Flandriya şәhәrlilәrinin vә kәndlilәrinin üsyanının mәrkәzinә çevrilmişdir. 1384 ildәn Burqundiya hersoqlarının, 1477 ildәn (qәti olaraq 1482 ildәn) Habsburqların hakimiyyәti altına keçmişdir. Gent üsyanının (1539–40) mәrkәzi olmuş, Niderland inqilabı (16 әsr) zamanı mühüm rol oynamışdır. 1576 ildә şәhәrdә “Gent barışı” imzalanmış, 1577 ildәn isә burada Flandriyanın böyük hissәsinә nәzarәt edәn kalvinist respublika mövcud olmuşdur. Onun süqutundan sonra, 1584 ildә G. İspaniya Niderlandının tәrkibinә qatılmışdı. Hollandiya–İspaniya müharibәlәri (16–17 әsrlәr) nәticәsindә vә Şelda çayının mәnsәbinin xarici ticarәt üçün bağlanması (1648), hәmçinin sex sәnәtkarlığının zәiflәmәsi vә ingilis sәnayesi tәrәfindәn güclü rәqabәtlә әlaqәdar G. 17 әsrdә tәnәzzülә uğramışdı. 1713 ildәn Avstriya Niderlandının tәrkibindә olmuşdu. 18 әsrin sonundan başlamış sәnaye inqilabı zamanı iri iqtisadi mәrkәz kimi (yun parçaların istehsalı) dirçәlmişdi. 1794 ildәn Fransanın, 1815 ildәn Niderland krallığının tәrkibindә olmuş, 1830 ildәn Belçika krallığının tәrkibindәdir.

     Gent şәhәr poçtu.

    Un-t (1817; nәzdindә zoologiya, tarix elmlәri muzeylәri, botanika bağı fәaliyyәt göstәrir), Psixoakustika vә elektron musiqi in-tu (1962). Arxeologiya (1833), zәrif sәnәtlәr (1902), dizayn (1903), Lapidarium (orta әsrlәr gent heykәltәraşlığı kolleksiyası), folklor (1962), müasir incәsәnәt (1975) vә s. muzeylәri var.

    Kral teatrı, “Flamand operası” (1840) vә s. fәaliyyәt göstәrir. G. Avropa orqan mәdәniyyәti mәrkәzlәrindәn biridir. Orqan festivalları (1946 ildәn), İ.S.Bax adına orqançılar müsabiqәsi (1958 ildәn), Beynәlxalq kinofestival (2000 ildәn), Beynәlxalq gül sәrgisi tәşkil olunur. G.-dә 2000 ildә yüngül atletika üzrә Avropa çempionatı keçirilmişdir.

    Gent. Müqәddәs Nikolay kilsәsi.

    Şәhәrin nizamsız orta әsrlәr planlaşdırılması saxlanılmışdır. Qotik üslublu Müq. Bavona baş kilsәsi [1540 ilәdәk Müq. İoanna kilsәsi, 10 әsrdә tikilmiş, 13–17 әsrlәrdә yenidәn qurulmuşdur, qüllә – 1462–1534; 1559 ildәn baş kilsә; Y. van Eykin “Gent mehrabı” (tәqr. 1430–32 vә ya 1423–32) vә P.P.Rubensin “Müq. Bavonun Gent monastırına varid olması” (1623) mehrabı kilsәnin içәrisindәdir. Şәhәrdә roman-qotik üslubunda Müq. İakov (nef tәqr. 1200, 16–17 әsrlәrdә tamamlanmışdır), qotik üslubda Müq. Nikolay (nef – 13 әsr, transept vә xor tәqr. 1230–50; tavanlar – 1658 ilәdәk) kilsәlәri; Flandriya qraf- larının qәsri (Qravensten, tәqr. 867, 1180–1200 illәrdә yenidәn tikilmiş; 1887 ildә yenidәn qurulmuşdur), İblis Gerard qәsri (1216), şәhәr qüllәsi (Belfort; 1183–1339), gildiya vә yaşayış evlәri (12 әsrdәn), Rauşa (mәrkәzi hissәsi 1481–84, şm. fasadı 1518–35, italyan İntibahı әnәnәsindә, 1595–1622) vә s. var. G.-in orta әsrlәr ansamblını un-t kitabxanasının qüllәsi tamamlayır. 

    Xidmәt sferası (o cümlәdәn, turizm, sosial xidmәlәr, ticarәt, nәql.) inkişaf etmişdir. Əsas sәnaye sahәlәri: metallurgiya (sahәnin әn iri müәssisәsi “Sidmar” firmasının z-dudur), avtomobilqayırma (“Volvo Cars” vә “Volvo Trucks” quraşdırma z-dları), elektrotexnika, kimya vә sellülöz-kağız (“Stora Enso” Finlandiya-İsveç şirkәtinin z-du). Ənәnәvi olaraq gәmiqayırma, gәmi tәmiri, toxuculuq (pambıq parça, kәtan, yun vә ipәk) istehsalı inkişaf etmişdir. Şәhәrәtrafında çoxsaylı gül tәsәrrüfatları var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN